Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Azərbaycana gələn turistlərin sayında ciddi azalma var – Səbəb nədir?

Azərbaycana gələn turistlərin sayında ciddi azalma var – Səbəb nədir?

admin 13/11/2025
turist-az

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən ümumilikdə 167 740 turist səfər edib.

Yerli medianın məlumatına görə, müvafiq göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz azalıb.

Hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84258 turist səfər edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz azalma deməkdir.

Azərbaycana region üzrə ən çox turist Ukraynadan gəlib – 27908 nəfər. Lakin bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azdır. Ukraynadan sonra Belarusdan 20937 nəfər (-20,4 %), Polşadan 8266 nəfər (-19,6 %), Moldovadan 3581 nəfər (-26,7 %), Macarıstandan 3508 nəfər (-10,1 %), Rumıniyadan 2 841 nəfər (-18,9 %), Çexiyadan 2 801 nəfər (+4,6 %), Litvadan 2 174 nəfər (-39,7 %), Bolqarıstandan 2 003 nəfər (-25,9 %), Latviyadan 1 861 nəfər (-32,3 %), Serbiyadan 1 590 nəfər (-25,2 %), Slovakiyadan 1 440 nəfər (-32,5 %), Estoniyadan 1 426 nəfər (-20,6 %), Xorvatiyadan 1 284 nəfər (-4,5 %), Sloveniyadan 664 nəfər (-1,6 %), Kiprdən 571 nəfər (+6 %), Monteneqrodan 413 nəfər (+7,6 %), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7 %), Şimali Makedoniyadan 314 nəfər (-10,5 %), Albaniyadan isə 286 nəfər (-38,1 %) turist gəlib.

Bu ilin 9 ayı ərzində Qərbi Avropa ölkələrindən Azərbaycana 83 482 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azdır

Qərbi Avropa ölkələri arasında ən çox turist Böyük Britaniyadan gəlib – 20 308 nəfər. Bu, bir il əvvəllə müqayisədə 21 faiz azalma deməkdir. Bundan başqa, Almaniyadan 18 353 nəfər (-15,5 %), İtaliyadan 11 221 nəfər (-17,4 %), İspaniyadan 5 850 nəfər (-23 %), Fransadan 5 225 nəfər (-29 %), Niderlanddan 4 877 nəfər (-20,4 %), Avstriyadan 2 393 nəfər (-17,1 %), Belçikadan 2 290 nəfər (-22,7 %), Portuqaliyadan 2 055 nəfər (-25 %), İsveçdən 2 020 nəfər (-39,1 %), Yunanıstandan 1 909 nəfər (-2 %), İsveçrədən 1 813 nəfər (-28,1 %), İrlandiyadan 1 407 nəfər (-28 %), Norveçdən 1 229 nəfər (-40,2 %), Danimarkadan 1 088 nəfər (-44,5 %), Finlandiyadan 701 nəfər (-40,4 %), Lüksemburqdan 364 nəfər (-18,6 %), Maltadan 198 nəfər (-39,4 %), İslandiyadan 187 nəfər (-56,2 %), Andorradan isə 14 nəfər (-26,3 %) turist Azərbaycana səfər edib.

Beləliklə, həm Şərqi, həm də Qərbi Avropa ölkələrindən gələn turistlərin sayında ümumi azalma tendensiyası müşahidə olunur.

Bəs maraqlıdır, bu azalma nə ilə bağlıdır?

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, turist sayında azalma, əsasən, ötən il Bakıda keçirilən COP29 tədbirinin təsiri ilə bağlıdır.

 

“Ötən il noyabr ayında COP29 tədbiri Bakıda təşkil olunmuşdu. Tədbir noyabrda keçirilsə də, ondan əvvəlki aylarda da turist axını artmışdı, çünki beynəlxalq tədbirlərə görə qonaqlar ölkəyə gəlirdi. Bu il isə ölkədə bu səviyyədə böyük beynəlxalq tədbir olmayıb. Azalmanın əsas səbəblərindən biri də budur”, – deyə o, qeyd edib.

Ekspert əlavə edib ki, Pakistan-Hindistan münasibətləri fonunda Azərbaycanın siyasi mövqeyi Hindistandan gələn turistlərin sayına mənfi təsir göstərib: “Əvvəllər ümumi turistlərin təxminən 10 faizi Hindistandan gəlirdi. Son dövrlər bu rəqəm kəskin azalıb. Bu, birbaşa siyasi məsələlərlə bağlıdır”.

Xalid Kərimli həmçinin bildirib ki, Azərbaycan hələ turizm ölkəsinə çevrilməyib: “Bizim sərhədlər bağlıdır, bu da xarici turistlərdə sual yaradır – niyə bağlanıb, təhlükəsizlik problemi varmı, epidemiya riski varmı? Bu amillər də turistlərin marağını azaldır. Üstəlik, ölkə nə təhsil, nə səhiyyə, nə də biznes turizmi istiqamətində inkişaf edib. Qastronomiya və coğrafi turizm sahələri də zəifdir”.

Ekspertin sözlərinə görə, hökumətin turizm siyasətində hansı strategiyanı izlədiyi aydın deyil.

“Düşünürəm ki, ölkənin turizm siyasəti ciddi şəkildə yenilənməlidir. Hazırkı vəziyyət çox pisdir”, – deyə Xalid Kərimli vurğulayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: SSRİ dövründə Ermənistana “bağışlanan” ərazilərimiz qaytarılacaq? – AÇIQLAMA
Next: “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.