Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 14
  • Kənd təsərrüfatında dərin çat: Hədəflər icra olunmur, sərmayə qoymaq risklidir

Kənd təsərrüfatında dərin çat: Hədəflər icra olunmur, sərmayə qoymaq risklidir

admin 14/11/2025
kt-foto
Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi zərfinə verdiyi rəydə kənd təsərrüfatı sektoru ilə bağlı nəticələrini açıqlayıb. Rəydə qeyd olunur ki, 2022–2026-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur, sektor üzrə real göstəricilər gözləntilərin xeyli gerisində qalır.
Hesabatda ən kəskin məqam isə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətlə bağlıdır. Palatanın təqdim etdiyi cədvələ əsasən, 2025-ci ilin ilk 8 ayında Qarabağ regionunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməli olan layihələrin heç biri icra olunmayıb.
Milli Məclisin sabiq deputatı Əli Əlirzayev açıqlamasında bu gün kənd təsərrüfatı sahəsində yetərincə problemlərin olduğunu vurğulayıb:
“Bu sahəni inkişaf etdirmək üçün bir çox məsələlər həll olunmalıdır. Kənd təsərrüfatının əsas mənbəyi torpaq, ondan istifadə və maliyyə resurslarıdır. Sahibkarlar üçün bütün kompleks tədbirlər həyata keçirilmir. Kənd təsərrüfatının inkişafı üçün torpağa çoxlu investisiya qoymaq lazımdır. İnvestisiya da şirkətlər vasitəsi ilə olmur. İnvestisiya qoyan şirkətlər də xarici şirkətlərdir. Amma kənd təsərrüfatında əsas məhsulldarlığı inkişaf etdirmək, məhsulun istehsalını artırmaq üçün ilk növbədə həmin torpağın sahibi yerli əhali olmalıdır. Bu, vacib şərtdir”.
Sabiq deputat işğaldan azad olunmuş rayonlarda hələ torpaqların əhaliyə paylanılmadığını təəssüflə xatırladıb:
“Torpaqlar ancaq şirkətlərə verilir. Torpağın sahibi olmadığına görə, yerli əhali ora investisiya qoymaq istəmir. Torpağa qoyulan investisiya birdəfəlik deyil. Bu gün qoyulan investisiya neçə illərdən sonra bəhrəsini verir. Ona görə bu sahəyə kompleks yanaşmaq lazımdır. Kompleks yanaşma da yoxdur. İşğaldan azad olunmuş regionlardan söhbət gedirsə, xarici investorların əraziyə cəlb olunması, daxili investorların isə həmin əraziyə buraxılması problemlərə yol açır. Torpaqlardan istifadə əsasən yerli əhali tərəfindən aparılır. Bu saat isə yerli əhali həmin ərazidə yoxdur”.
Deputatın fikirincə, ümumilikdə kənd təsərrüfatının inkişafı mühim məsələdir:
“Onun inkişafına ilk növbədə böyük investisiya qoyulmalıdır. İnvestisiyanın qoyulması üçün müəyyən mənada şərait də lazımdır, investorlar cəlb olunmalıdır. Yaxşı olar ki, bu daxili investorlar hesabına baş versin. Azərbaycanda daxili investorlar kənd təsərrüfatı sahəsinə əsaslı vəsait qoymurlar. Onlar daha çox ticarətə və xidmət sferasına vəsait qoyurlar. Ona görə də kənd təsərrüfatı mərkəzləşmiş formada dövlətin himayəsi altında olmalıdır. Rəqabət qabiliyyətli olması üçün ona dövlətin nəzarəti lazımdır. Düzdür, subsidiyalar da verilir, amma bunlar kifayət deyil”.
Əli Əlirzayev hesab edir ki, kənd təsərrüfatının problemi bütün ölkənin iqtisadi-sosial inkişafının strategiyası və investorlardan, eyni zamanda mərkəzləşmiş fondlardan, sahibkarlığın inkişafından asılıdır:
“Əkin əkilir, amma onun suyu verilmir. Nəticədə qoyulan vəsait özünü qaytarmır. Bu səbəbdən əhali risk etmir ki, torpağa kapital qoysun. Təminat sistemi olmalıdır, köklü dəyişiklik lazımdır. Bu da yoxdur”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bu mənzilləri necə almaq olar?
Next: Yenə Kiyev, yenə Azərbaycan səfirliyi… – Təsadüfdürmü? + FOTO

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.