Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 17
  • “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır

“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır

admin 17/11/2025
yusif-tender

 

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev – 6732 m2) təmir işlərinin satın alınması üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.355.267,37  manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, “BƏYAZ İNŞAAT” MMC Qarabağda quruculuq işlərinə çox az bir müddətdir başlamasına baxmayaraq artıq bir neçə qurum tərəfindən iri həcmli layihələrə cəlb edilib və müqavilələr bağlayıb.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də 23.09.2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq etməklə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 675.786,24 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “BƏYAZ İNŞAAT”  MMC ilə onda iki ay əvvəl, 09.07.2025-ci ildə Ağdərə rayonu Vəngli kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri üzrə də müqavilə bağlayıb. Bu tenderdə də bir mənbədən satınalma metodu tətbiq edilib və müqavilənin dəyəri 2.885.632,49 manat təşkil edib.

Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” də,  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti də bir mənbədən satınalma metodu tətbiq etməklə “BƏYAZ İNŞAAT” MMC ilə son 3-4 ay ərzində ümumi dəyəri 6 milyon manata yaxın olan üç satınalma müqaviləsi bağlayıb. Bəs, Bu dövlət qurumlarının son üç ayda satınalma müqaviləsi bağladığı “BƏYAZ İNŞAAT” MMC bu iri həcmli sifarişləri yerinə yetirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT”   (VÖEN: 2001329971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.10.2008-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2318708  manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisi kimi isə Yusifli Yusif Eldar oğlu  qeyd olunub.   Məmmədsaadov Səyyadi Nəsib oğlu (həm də “QARA ÇAY” şirkətinin qanuni təmsilçisidir.) Faxri Amircanov ayrı-ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər. Qeyd edək ki, Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 2008-ci ildə İbrahimov Raqif Tapdıq oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Raqif İbrahimov kimdir?

O, 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışıb. 17 dekabr 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Medianın 2010-cu ilin sentyabrında yaydığı məlumata görə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının 2010-cu ildə parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını nəzərdən keçirib və siyahını təsdiq edib. Həmin siyahıda İbrahimov Raqif Tapdıq oğlu 41 saylı Sumqayıt birinci seçki dairəindən AMİP-in namizədi olub.

Bəs, MMC-nin hazırki qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli kimdir?  Adı bir çox şübhəli satınalmalarda hallanan “Enerji Constraction”MMC-nin təsisçisi. Qeyd edək ki, Yusif Yusifli ötən il “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC  tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İndi görəsən, Azərişıq” ASC-nin rəsmiləri ilə razılığa gəlib tender udan, qeyri leqal sifarişləri həyata keçirmiş sahibkar yuxarıda adları çəkilən dövlət qurumlarının rəhbər şəxsləri ilə hansı şərtlərlə razılığa gələrək üç ay ərzində 6 milyon manatan yaxın dəyəri olan tenderləri bir mənbədən satınalma metodu ilə əldə edə bilmişdir. İndi kim zəmanət verə bilər ki, Yusif Yusifli  “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”  və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri ilə əvvəlcədən görüşüb, razılaşdıqdan sonra bu tenderlərdən qalib çıxmayıb?

Xatırladaq ki, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi kimi Yusif Eldar oğlu Yusifli ilə “Azərişıq” ASC arasında qalmaqal 2023-cü ilin sonlarında baş vermişdir. Bu qalmaqal mediada yayıldıqdan sonra “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti heç bir satınalmada qalib olmur. Hazırda isə QSC-nin 3 547 684.06 manat vergi borcu var.

Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən etibarsız təchisatşılar siyahısına da salınmayıb. Belə olan təqdirdə Yusif Yusifli nə üçün “Enerji Construction” QSC ilə deyil “BƏYAZ İNŞAAT”  MMC ilə satınalmalara qatılır? Çünki, Yusif Yusifli bəzi dairələrdə öz etibarını itirib. Buna baxmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona hələ də şərait yaradır.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Next: Daha bir amansız qətlin izi ilə…-Birinci vitse-prezidentə MÜRACİƏT!

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.