Ermənistan Prezidenti Vaqan Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə Azərbaycanla sülh prosesini müzakirə edib.
O, bu barədə Gürcüstanda Prezidenti ilə Tbilisidə keçirdiyi brifinqdə deyib.
“Görüşdə avqustun 8-də paraflanmış sülh sazişi və Ermənistanın təqdim etdiyi və sülh sazişi ilə üst-üstə düşən iqtisadi məqamlara toxunduq. Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və onun həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək”, – V.Xaçaturyan bildirib.
