Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 19
  • Vüsal Qasımlı: “Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi dövrdən keçir”

Vüsal Qasımlı: “Bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi dövrdən keçir”

admin 19/11/2025
trend_vusal_qasimli_311018

 

Bu gün Azərbaycanın bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi bir dövrdən keçir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, məlumat əsaslı idarəetmə, rəqəmsal ekosistemlər, açıq bankçılıqdan açıq finans sisteminə keçid, real vaxtda ödənişlər və süni intellektin tətbiqi artıq bankçılığın yeni standartlarıdır: “Məlumdur ki, istehlakçı davranışı dəyişir, texnologiya sürətlənir, risklər isə daha mürəkkəb forma alır. Bank sektorunun əsas vəzifəsi innovasiyanı təhlükəsizliklə balanslaşdırmaq, dayanıqlı və etibarlı sistemlərə keçidi təmin etməkdir. Yeni bankçılıq modeli artıq sadəcə xidmət təqdim etmək üzərində qurulmur, eyni zamanda məlumat əsaslı idarəetmə, süni intellekt ilə risklərin proqnozlaşdırılması, insidentlərin real vaxtda aşkarlanması və proqressiv regulyator standartlarının tətbiqi üzərində formalaşır. Eyni zamanda ESG çərçivələri, Bazel III tələbləri, likvidlik və risk idarəetməsində süni intellekt əsaslı yanaşmalar dayanıqlı inkişafın vacib komponentinə çevrilib”.

“Forumun gündəliyi göstərir ki, fintex-bank əməkdaşlığı, süni intellekt ilə avtomatlaşdırılmış risk monitorinqi, qabaqcıl kibertəhlükəsizlik həlləri, rəqəmsal investisiya platformaları və blokçeyn əsaslı əməliyyatlar gələcək maliyyə arxitekturasının əsasını təşkil edir.

Hesab edirəm ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Xüsusilə, süni intellekt və böyük verilənlərin tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır. Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq şəkildə qiymətləndirə, real vaxt çərçivəsində analitik qərar mexanizmləri ilə operativ və çevik reaksiya imkanları əldə edə bilərlər”, – deyə icraçı direktor qeyd edib.

Bundan başqa, V.Qasımlı deyib ki, bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması kritik rol oynayır: “Bu yanaşma, maliyyə institutlarının müştərilər, fintech şirkətləri, tənzimləyici orqanlar və digər maraqlı tərəflərlə inteqrasiya olunmuş və qarşılıqlı əlaqəli bir ekosistem yaratmasını təmin edir. Belə bir ekosistem, informasiya paylaşımı, innovasiya təşviqi və risklərin paylanması baxımından sektorun dayanıqlılığını artırır.

Bundan əlavə, requlyatorların proqressiv və çevik yanaşması bank sektorunun etibarlılığını və təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir. Requlyatorlar texnoloji inkişafı izləyərək, yeni normativ bazalar və standartlar tətbiq etməli, həmçinin süni intellekt və böyük verilənlər kimi innovativ alətlərin risk idarəetmə proseslərində istifadəsini dəstəkləməlidirlər. Bu yanaşma yalnız tənzimləyici nəzarəti gücləndirməklə kifayətlənmir, eyni zamanda bankların innovativ və dayanıqlı fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır. Belə qənaətə gəlmək olar ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun yaradılması, texnoloji imkanların, analitik qərar mexanizmlərinin, ekosistem əməkdaşlığının və proqressiv tənzimləyici yanaşmanın birgə tətbiqi ilə mümkündür. Öz-özlüyündə bu yanaşma yalnız risklərin effektiv idarə olunmasını təmin etməklə kifayətlənmir, həm də maliyyə sabitliyinin, iqtisadi inkişafın və ictimai inamın gücləndirilməsinə mühüm töhfə verə bilər”.

“Nəticə etibarilə, bankçılıq sisteminin yeni inkişaf modelinin rəqəmsal transformasiya, süni intellekt texnologiyaları, açıq maliyyə ekosistemləri və dayanıqlılıq prinsipləri əsasında formalaşdırılması müasir dövrün struktur iqtisadi tələblərindən biri hesab olunur. Bu istiqamətlərin inteqrasiyası maliyyə institutlarının rəqabətqabiliyyətliliyinin artırılması, risklərin daha effektiv idarə olunması və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi baxımından fundamental əhəmiyyət daşıyır”, – deyə icraçı direktor fikrini tamamlayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Yeni və gizli plan? – Tramp administrasiyası Rusiya ilə danışıqlar aparır
Next: Səfirliyimizə zərbənin ardınca Türkiyə gəmisi…

OXŞAR MÖVZULAR

moodys_logo_new

“Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib

admin 22/05/2026
trend_gunel_gulieva

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı üzrə yeni ekoloji layihələr hazırlanır – Günel Quliyeva

admin 20/05/2026
4d2155f3-8402-4573-8d6e-116699cf4b66_740

Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir?

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.