Skip to content
17/01/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 9
  • Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026
not-dore

 

Əqli Mülkiyyət Agentliyi “Sarı gəlin” xalq mahnısının erməni mahnısı kimi təqdim edilməsini şərh edib.

Agentlikdən verilən məlumatda bildirilib ki, bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) “Sarı gəlin” Azərbaycan xalq mahnısını erməni və fars dillərində ifa edib.

Qeyd edilib ki, İranın bır sıra internet saytları ifa edilən “Sarı gəlin” Azərbaycan xalq mahnısını erməni mahnısı kimi təqdim edib:

“A.Torosyan “Sari gəlin” mahnısını özünün Youtube kanalında da “Sari Aghjik” erməni folklor mahnısı (https://youtu.be/32B9JfiAspQ?si=RMCahVTMoQjZGyx0) kimi paylaşıb.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, “Sarı gəlin” xalq mahnısı Azərbaycan türklərinə məxsusdur. Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir”.

Vurğulanıb ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş “Erməni yadelli nağılları” kitabında erməni ədəbi oğurluqları, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar geniş təhlil olunub.

Kitabda qeyd olunur ki, “1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi.

Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunmuşdur.

Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, “erməni xalq mahnısı”dır. Misal üçün, bu yaxınlarda “Avropa musiqi toplusu” tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər “Sarı gəlin” anlayışının etimologiyası ilə tanış olmamışlar.

“Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində “gəlin” “gəlmək” felindən yaranmışdır, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir. Beləliklə də, “Avropa musiqi toplusu”nda erməniləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar.”

“Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir. Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır”, – Agentliyin məlumatında qeyd olunub.

PAYLAŞIN:

Continue Reading

Previous: “Azergold”da növbəti tender müəmması – Adı dələduzluqda hallanan şirkəti kimlər qalib edir?
Next: Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?

OXŞAR MÖVZULAR

ac3f6578eb_86699

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

redaktor 30/12/2025
n-suri

Nazirliyin müğənnilərə təzyiqi davam edir: Nura Suriyə efir qadağası qoyuldu

admin 17/12/2025
mədən-naz

Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI… – “Bu təyinatın arxasında kim dayanır?”

admin 12/12/2025

XƏBƏR LENTİ

  • Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı 16/01/2026
  • İranda 3000 nəfər saxlanıldı 16/01/2026
  • Cenevrədə WUF13-lə bağlı Logistika Sazişi imzalanıb 16/01/2026
  • Ərdoğanın mümkün namizədi açıqlandı – Gələcək prezident o ola bilər 16/01/2026
  • İran-Türkiyə: Nə dostdurlar, nə düşmən, müharibə də istəmirlər, amma… 16/01/2026
  • “Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” – “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin” 16/01/2026
  • İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var 16/01/2026
  • “Google”a şok ittiham – “Valideynlər maneə kimi təqdim olunur” 16/01/2026
  • Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar 16/01/2026
  • Bakının ən bahalı küçələri açıqlandı – Evin 1 kvadratı 17 min manat 16/01/2026
  • Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə 16/01/2026
  • İƏİT kapital bazarının inkişafı sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır 16/01/2026
  • Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk? 15/01/2026
  • “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir 15/01/2026
  • Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır? 15/01/2026
  • Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək? 15/01/2026
  • Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası 15/01/2026
  • Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır? 15/01/2026
  • “Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır 15/01/2026
  • Ukraynadakı Britaniya sülhməramlılarının “ciddi zəifliyi” olacaq – “The Telegraph” 15/01/2026

Sağlamlıq

maqnezium

Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə

admin 16/01/2026
hekim_arayis

Resepti artıq həkim yox, süni intellekt yazır – Bizi nələr gözləyir?

admin 13/01/2026
cipsi

Çipsdən niyə imtina etmək lazımdır? – Kardioloqlar açıqladı

admin 08/12/2025
komputer

Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

admin 02/12/2025
ürek

Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı

admin 28/11/2025

MƏDƏNİYYƏT

not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026
ac3f6578eb_86699

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

redaktor 30/12/2025
n-suri

Nazirliyin müğənnilərə təzyiqi davam edir: Nura Suriyə efir qadağası qoyuldu

admin 17/12/2025
mədən-naz

Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI… – “Bu təyinatın arxasında kim dayanır?”

admin 12/12/2025
eldar-hesenli

ƏRDOĞAN, XOŞ GƏLDİN AZƏRBAYCANA

admin 18/11/2025

İDMAN

koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
a-takım

Püşk atıldı: Türkiyə millisinin rəqibi bəlli oldu

admin 20/11/2025
b8a184e5-7812-4ce4-8c46-ca19ed3a546b

Türkiyə milli komandasının pley-offdakı rəqibləri bəlli olub – Püşkatma bu tarixdə keçiriləcək

admin 19/11/2025
türk-pfl

Türkiyə futbolunda mərc əməliyyatı: 17 hakim və 1 klub prezidenti saxlanıldı

admin 07/11/2025
qb-fc2

“Qarabağ” ingilislərə ŞOU GÖSTƏRDİ – Dünya bizdən DANIŞIR

admin 06/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2025 aktualinfo.org All rights reserved. | MoreNews by AF themes.