Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 8
  • Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: “Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi”

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: “Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi”

admin 08/02/2026
images (21)

 

Azərbaycanda polietilen torbaların qiymətində artım qeydə alınıb. Artıq kiçikölçülü torbalar 5 qəpik, böyük torbalar isə 7 qəpikdən satışa çıxarılır. Əslində hökumətin bu sahəyə müdaxiləsi 2021-ci ildə qəbul edilən qərarla başlamışdı. Həmin qərara əsasən, mağazalarda 15-50 mikron qalınlığında olan torbaların pulsuz verilməsinə son qoyuldu və 2023-cü ilin fevralında ölkənin bütün iri ticarət şəbəkələrində pullu satış tam şəkildə tətbiq edildi. Məqsəd plastik tullantıların azaldılması, əhalinin isə tədricən ekoloji təmiz alternativlərə yönləndirilməsi idi. Lakin illər keçməsinə baxmayaraq, real nəticələrin gözlənildiyi qədər olmadığını müşahidə etmək mümkündür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

İstifadə niyə azalmır?

Dünyada plastik istehsalının həcmi illik 500 milyon tona yaxındır. Bu nəhəng sahənin mühüm hissəsini polietilen torbalar təşkil edir. Hər il dünya üzrə 4 trilyona yaxın paket istifadə edilir və hər dəqiqədə bir milyon plastik torba tullantıya çevrilir. Plastik məhsulların əksəriyyəti təkrar emal olunmur və uzun illər təbiətdə qalıb çürümədən ətraf mühiti çirkləndirir. Bu faktlar göstərir ki, polietilen torbalar təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi ekoloji problem yaradır. Amma ölkəmizdə tətbiq edilən ödəniş mexanizmi hələlik onların istifadəsini nəzərəçarpacaq dərəcədə azaltmayıb. Müşahidələr göstərir ki, ticarət şəbəkələrində torbaların ödənişli olması əvvəlki qədər çox götürülməsini azaltsa da, insanların tam şəkildə alternativlərə keçməsi baş verməyib.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

Tək addım yetərli deyil

Marketoloq Pərviz Əzimov deyir ki, uğursuzluğun əsas səbəbi prosesin birtərəfli tətbiq edilməsidir. Yəni, plastik torbaların pullu olması tətbiq olundu, amma insanları alternativ çantalara keçməyə təşviq edən paralel addımlar atılmadı. Onun sözlərinə görə, digər ölkələrdə ödəniş sistemi mütləq şəkildə uzunömürlü, parça və çoxistifadəli çantaların təbliği ilə müşayiət olunur: “Marketlər həmin çantaları ya endirimlə təklif edir, ya müəyyən alış-verişdən sonra hədiyyə edir, ekoloji təşkilatlarla birgə maarifləndirici aksiyalar keçirir. Azərbaycanda isə bu zəncirin yalnız bir halqası işlədildi. Nəticədə insanlar torbalara pul vermək məcburiyyətində qaldı, lakin alternativə keçid üçün motivasiya yaranmadı və gözlənilən dəyişiklik baş vermədi”.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

Ekspert vurğulayır ki, plastik torbalardan istifadəni azaltmağın qarşısında duran əsas çətinliklərdən biri də məişət tullantılarının atılması üçün alternativlərin olmamasıdır: “Bir çox Avropa ölkəsində zibilin daşınması üçün bioloji parçalanan, çürüyən xüsusi torbalardan istifadə edilir. Azərbaycanda bu cür məhsulların geniş dövriyyədə və əlçatan olmaması səbəbindən insanlar marketdən aldıqları plastik torbaları həm də zibil torbası kimi istifadə etməkdə davam edirlər. Beləliklə, torbaların ödənişli olması onların əvəzedici funksiyası olduğu üçün istifadənin kəskin azalmasına gətirib çıxarmır”.

Şirkətlərin ekoloji məsuliyyəti

Marketoloq onu da qeyd edir ki, Qərb ölkələrində şirkətlər ekoloji davamlılığı korporativ imiclərinin əsas prinsipi kimi qəbul edirlər. Orada biznes qurumları hər ay karbon emissiyalarını ölçür, tullantıların azaldılması üçün planlar hazırlayır və ictimaiyyətə hesabat təqdim edirlər: “Azərbaycanda isə bu yanaşma hələ geniş yayılmayıb. Bir çox şirkət ekoloji məsuliyyəti marketinq imkanı kimi görmür və plastik torbaların məhdudlaşdırılması prosesində daha fəal iştirak etmir. Bu isə təbii olaraq gözlənilən nəticələrin gecikməsinə səbəb olur”.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

Dəyişməyən düşüncə

“Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyir ki, plastik torbalardan istifadənin azalmaması insanların ekoloji düşüncə tərzinin hələ də dəyişməməsindən qaynaqlanır. Onun sözlərinə görə, ekoloji təfəkkürü formalaşdırmaq üçün əvvəlcə insanların şüurunda dönüş olmalıdır: “İnsanlar çox zaman rahatlığa üstünlük verirlər, özləri ilə əlavə torba götürməyə həvəs göstərmirlər, halbuki istifadəyə tam yararlı ekotorbalar mövcuddur və hər kəs çantasında belə torba saxlayarsa, problem yaşanmaz”.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

Ekoloq vurğulayır ki, mağazalarda da geniş maarifləndirmə aparmaq mümkündür, lakin onlar üçün belə təşəbbüslər maraqlı deyil: “Məsələn, “yaşıl ekogünlər” keçirmək olar. Amma biznes strukturları bu işdə maraqlı olmurlar. Nəticədə isə həm ekologiya zərər görür, həm də plastik tullantıların təbiətdə parçalanması yüzillərlə davam edir”.

İ.Həsənova qeyd edir ki, torbaların qiymətinin artırılması vəziyyəti dəyişməyəcək: “Pullu sistem yeni tətbiq olunanda böyük gözləntilər vardı. Hər kəs bunun ciddi dəyişiklik yaradacağını düşünürdü, amma nəticə dəyişmədi. Ekoloji şüur dəyişmədikcə vəziyyət olduğu kimi qalacaq”.

Ən çox istifadə olunan məhsul bahalaşıb, amma alternativi yoxdur: Sistem yeni tətbiq ediləndə böyük gözləntilər var idi

Ən yaxşı alternativ cənub zənbilləri sayılır

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, ətraf mühiti sürətlə çirkləndirən polietilen torbalar həm dünyanın, həm də ölkənin ciddi problemlərindən biridir: “Biz mütəmadi olaraq çalışmışıq ki, bu torbaların satışı pullu olsun. Çünki bu, MDB məkanında və digər ölkələrdə sınaqdan keçirilmiş bir təcrübədir. Təəssüflər olsun ki, hökumət bu barədə qərarlar qəbul etsə də, biznes qurumları bundan sui-istifadə etdilər. Biz tərəfdarıyıq ki, torbalar son dərəcə nazik, rəngsiz və reklam materialı olmadan istifadə edilsin. Reklam materiallarındakı rənglərdə ağır metallardan istifadə olunur və bu da evlərə daşınır. Üstəlik, son günlər torbaların həm qiyməti artıb, həm də keyfiyyəti aşağı düşüb, alıcılar da bundan narazıdır”.

E.Hüseynovun fikrincə, əhali polietilen torbalardan birdəfəlik imtina etməlidir və onların yerinə ev və bazar torbalarından istifadə olunmalıdır: “Ən yaxşı alternativ cənub zənbilləridir, çünki onlar həm ekoloji təmizdir, həm də dəfələrlə istifadə oluna bilər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyanın başlatdığı hibrid savaşın gizli səbəbləri – Bakı sərt reaksiya verir, Kremlin “məkrli planları” iflasa uğrayır
Next: Piyada keçidi, yoxsa ölüm zolağı?

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.