Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 3
  • Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb

Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb

admin 03/04/2026
tibbi-berpa

 

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi tərəfindən 2025-ci ildə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Araşdırmalarda bağlanmış bəzi müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə 24.10.2024-cü ildə Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu tərəfindən 2025-ci il üzrə alınaçaq mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş məlumatlara görə Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Satınalma Komissiyası 2025-ci ildə satınalma planlarına 29 lot üzrə   alınaçaq mal -materiallar və xidmətlərin siyahısını daxil etmişdir. Lakin satınalmaların portalında bu satınalmaların bir çoxunun nəticələri açıqlanmamış, satınalmanın baş tutmamasının səbəbi, ləğvi səbəbi açıqlanmamışdır.

Qeyd edək ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu bir mənbədən satınalma metodu tətbiq etməklə kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi üzrə “TECS-BAM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14.07.2025-ci ildə 7.347.152 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Göründüyü kimi, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi kimi məxfi məlumatlarla aid olmayan xidmət növünü dövlət satınalmalarının portalı vasitəsilə deyil, bir mənbədən satınalma metodu tətbiq etməklə keçirmişdir.

Eyni zamanda sözügedən Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Həmçinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun müqavilə bağladığı “TECS-BAM” MMC kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsi üzrə konkret təchizatçı deyil, sözügedən  satınalma predmetinin əvəzedicisi və alternativi olan çoxsaylı şirkətlər mövcuddur.

Amma Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun qalib seçdiyi “TECS-BAM” MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da MMC-nin profilinin qeyri-müəyyən olduğunu deməyə əsaslar verir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TECS-BAM” (VÖEN: 2005402701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, BƏSTİ BAĞIROVA, ev.12, qanuni təmsilçisi kimi isə Qurbanov Rauf Maarif oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Bəşir Aşir oğlu olub.

Belə olan halda Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun satınalma prosedurunu bu şəkildə keçirməsi ciddi şübhələrə yol açır. Burada kondisanerlərə və digər məişət avadanlıqlarına servis xidmətlərinin göstərilməsinə 7 milyon manatdan çox dövlət vəsaitinin xərclənməsi şübhəli məqamlardandır. Bu xidmət üçün 7 milyon manatın sini şəkildə şişirdildiyi açı-aşkar görsənməkdədir.

Qeyd edək ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu “TECS-BAM” MMC ilə daha bir müqavilə də 30.06.2025-ci ildə bağlamışdır. “İl ərzində təmizlik, yuyulma avadanlıq və qazanxanaya texniki servis xidmətləri”nin satın alınması üzrə keçirilmiş bu kotirovka sorğusunun dəyəri 76.177,2 manat təşkil edib.

Şərtlər toplusuna görə MMC Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda qazanxana termoslarına, nasos və esenjorlara, barometr və termometrlərə,isti su vintilləri və kələbəklərə və yanğından mühafizə şitinə texniki xidmət göstərməklə yanaşı, quru təmizlik vasitələri, dezinfeksiya məhlulları, təmizlik aksesuarlarının (əl alətləri) alınması işlərini həyata keçirməli olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda kadr dəyi.ikliyi olub. Belə ki, Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Mətanət Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Nurlana Vilayət qızı Əliyeva gətirilib. Xatırladaq ki, Mətanət Əfəndiyeva 2024-cü il yanvarın 22-də ETTBİ-yə direktor təyin olunmuşdu.

Xatırladaq ki, Mətanət Əfəndiyeva bir neçə ay əvvəl Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimi – radiloq Ramin Abdullayevin iddiasına görə institutun direktorunun onun kompüterinə dinləmə cihazı yerləşdirməsi ilə bağlı göndəmə gəlmişdi. Həmçinin R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”.

Görsənən odur ki, Mətanət Əfəndiyeva həkimlərdən aldığı bonuslardan əlavə, institut tərəfindən keçirilmiş satınalmalardan da az bəhrələnməyib. Onun qısa müddətdən sonra vəzifəsindən azad edilməsində bu kimi amillər də rol oynaya bilər.

 

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Mərkəzi Bankdan QƏRAR – Nələr BAHALAŞACAQ?
Next: Taksilər və sərnişinlər üçün vacib qərar: Gediş haqqı artacaq?

OXŞAR MÖVZULAR

tibb univer

Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var

admin 30/04/2026
qkom rzayae

Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

admin 27/04/2026
ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.