Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 24
  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür?

Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür?

admin 24/04/2026
bank-region
Son statistik göstəricilər regionlarda maliyyə resurslarına çıxışın hələ də məhdud olaraq qaldığını ortaya qoyur. Açıqlanan rəqəmlər göstərir ki, kreditləşmə üzrə hələ də lider Bakı iqtisadi rayonudur və digər bölgələri böyük fərqlə geridə qoyur. Belə ki, paytaxt üzrə kredit portfelinin həcmi 22 milyard 749 milyon 621 min manat təşkil edir ki, bu da ümumi göstəricidə 12,91% pay deməkdir.
Bu göstəricilər isə regionlarda kredit əlçatanlığı ilə bağlı problemləri yenidən gündəmə gətirir.
Qaynarinfo mövzunu iqtisadçı Asif İbrahimovla müzakirə edib:
– Asif bəy, regionlarda sahibkarların kreditə çıxış imkanları nə qədər əlçatandır?
– Azərbaycanda kredit resurslarının coğrafi baxımdan hələ də ciddi şəkildə mərkəzləşdiyi müşahidə olunur. Rəsmi statistika da göstərir ki, Bakı iqtisadi rayonu kredit portfelinin böyük hissəsini təşkil eləyir. Bu uzun illərdir belədir. Balans yaradılmalı olduğu vaxtda, əksinə tərsinə işləməyə başlayır. Paytaxtın kredit portfeli genişlənə-genişlənə gedir. Bu tendesiya regionlarda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının həqiqətən məhdudluğunu bir daha gündəmə gətirir.
Hazırkı iqtisadi model fonunda regionlarda sahibkarların kredit resurslarına çıxışı hələ də tam formalaşdırıla bilməyib və əlçatan maliyyə mexanizmi kimi çıxış etmir. Kreditin əsas hissəsinin paytaxtda cəmlənməsi ilə regionlarda yeni sahibkarlıq subyektlərinin yaranması, mövcud subyektlərin inkişaf etməsi mikro sahibkarlıq subyektlərinin orta, orta sahibkarlıq subyektlərinin də iri sahibkarlıq subyektlərinə çevrilməsi imkanını zəiflədir. Düşünürəm ki, bununla bağlı təsadüfi deyil, ciddi problemlər var. Problemlərin həlli regionda ayrı-ayrı məsələlərdən deyil, kompleks yanaşmadan asılıdır.
– Dediniz ki, problemlərin həlli kompleks yanaşmadan asılıdır. Hazırda regiolarda ən çox hansı problemlər var?
– Demoqrafiya, biznes dövriyyəsinin aşağı olması, maliyyə hesablılığının zəif olması və s. Məsələn, regionlarda girov təminatının məhdudluğu məsələsi var. Ən ciddi problem isə regionlarda banklarda korperativ idarəetmədə qərarvermədə, səlahiyyətlərində məhdudiyyətlərin olmasıdır. Bu filiallar mərkəzdən asılı vəziyyətdə qalırlar. Hansısa bir kreditlə bağlı qərarı hökmən Bakıdan soruşmaq məcburiyyətində qalırlar.
– Asif bəy, banklar niyə regionlarda kredit verməkdə daha ehtiyatlı davranırlar?
– Bank sektorunun regionlarda kreditləşmə prosesini daha ehtiyatlı davranmasında da bir sıra səbəbləri var. Düşünürəm ki, bu da müəyyən risklərdən qaynaqlanır. Sadaladığımız problemlərlə yanaşı bir sıra risklər də var. Həmin risklərin idarə oluna bilməmə problemi var. Məsələn, girovların likvid səviyyəsindən aşağı olması, demoqrafiya problemi, bir sıra iqtisadi problem, qanunvericilikdə boşluqlardan yaranan problemlər, yerli icra hakimiyyəti orqanlarına həvalə edilmiş işləri yerinə yetirmədiyinə görə bir sıra problemlər yaranır. Bizneslərin gəlir sabitliyinin aşağı olur. Məsələn, elə dağ rayonları var ki, onlara yay aylarından başqa səfər olmur. Bu rayonların qazancları sırf turist gəlirlərindən olur. Kredit portfelinin idarə olunmasında və monitorinq çətinliyi ilə bağlı risklər də mövcuddur. Məlumat bazasının məhdudluğu, insanların rəsmi iş yerlərinə sahib olmaması, eyni zamanda həyata keçirdikləri fəaliyyətin rəsmiləşdirilə bilməməsi, gəlirlərini göstərə bilməməsi kimi problemlər var. Əslində bu problemlərdən çox danışmaq olar, çünki olduqca çox və dərindir. Lakin bunların səbəblərini araşdırıb, aradan qaldırmaq lazımdır.
– Faiz dərəcələrinin yüksək olması regionda sahibkarların fəaliyyətinə necə təsir edir?
– Kredit faizlərinin yüksək olması Azərbaycanın istənilən bölgəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təsir edir. Faiz dərəcələrinin yüksək olması o deməkdir ki, məcburi qaydada əldə etmək istədiyi krediti yüksək faizlə götürəcək. Bu da gələcəkdə böyümək imkanı ödəyəcəyi faizin tərs mütənasibində olacaq. Belə vəziyyətlər investisiya qərarlarını ləngidir, biznesin genişlənmə imkanlarını zəiflədir. Belə vəziyyətlər əsasən kreditlərdən istifadənin qısa dövriyyə məqsədləri ilə məhdudlaşmasına səbəb olur. Nəticədə regionda iqtisadiyyat planlaşdırıldığı kimi inkişafı potensialəna nail oluna bilmir. Uzun illərdir regionların inkişafı ilə bağlı planlar, proqramlar, bir sıra tədbirlər həyata keçiririk. Amma istədiyimiz effekti əldə edə bilmirik.
– Asif bəy, dövlət tərəfindən təqdim olunan güzəştli kreditlərin effektivliyini necə qiymətləndirirsiniz?
– Dövlət tərəfindən tətbiq olunan güzəştli kredit proqramları regionların maliyyə əlçatanlığı baxımından strateji əhimiyyətə malikdir. Belə mexanizmlər regionlarda faiz yükünü azaldır. Prioritet sahələrdə investiya aktivliyini stimullaşdırmağa başlayır. Xüsusi ilə kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını zənginləşdirir. Sahibkarların böyüməsinə şərait yaradır. Lakin bu kreidt proqramları, mexanizmləri nə dərəcədə əlçatandır, regionlarda olan sahibkarlar bu kreditlərdən nə qədər istifadə edə bilirlər kimi məsələlər sual altındadır. Bununla bağlı ciddi təhlillər həyata keçirmək lazımdır. Regionlarda sahibkarların çətinlikləri mövcud iqtisadi modellərin fonunda dəyərləndirilməlidir. Azərbaycanı coğrafi olaraq iqtisadi zonalara böldükdə, görürük ki, oxşar mənbədən qaynaqlanan müxtəlif problemlər var.
– Region sahibkarlarının kredit əldə edərkən qarşılaşdıqları əsas maneələr hansılardır?
– Kredit əldə edərkən region sahibkarlarının qarşılaşdığı ən başlıca maneələr girov təminatı ilə bağlı problemlər, əlavə zəmanət tələbləri, maliyyə savadlılığının aşağı olması, kredit tarixçələrinin olmaması, müasir texnologiyalarla bağlı bir sıra problemlərin olmasıdır. Məsələn, onlayn kredit və ya hansısa məlumatın vaxtında əldə edilməsi ilə bağlı ciddi problemlər yaşanır. Belə olanda isə bir sıra məhdudiyyətlər yaranır. Düşünürəm ki, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. İlkin olaraq bu gördüklərimiz Azərbaycanda tətbiq olunan effektsiz iqtisadi modelin fonunda baş verir. Yəni, bütün problemlərn başlıca mənbəyi Azərbaycanda tətbiq olunan effektsiz iqtisadi modeldir. Bu model yenilənməlidir ki, banklar da, pul-maliyyə subyektləri, sahibkarlar da, idman da, təhsil də  inkişaf etsin və s.
Günay İlqarqızı
PAYLAŞIN:

Continue Reading

Previous: 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama

OXŞAR MÖVZULAR

imtahan (2)

9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama

admin 24/04/2026
ilham-serencam

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

admin 24/04/2026
bazar-b

Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ

admin 24/04/2026

XƏBƏR LENTİ

  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? 24/04/2026
  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.