Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər

Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər

admin 13/05/2026
benzin

 

Yaxın Şərqdə artan gərginlik dünya enerji bazarında ciddi təsirlər yaratmağa başlayıb. Belə ki, İran ətrafında baş verən hadisələrdən sonra Avropa və ABŞ-da yanacaq qiymətləri sürətlə artıb. Bildirilir ki, bu prosesin qarşısını almaq üçün ABŞ yanacaq üzrə federal vergilərin yığılmasını müvəqqəti dayandıracaq. Yanacaqla bağlı yaranmış böhran ölkəmiz üçün nə vəd edir?

 Mövzu ilə bağlı danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova Azərbaycan ixrac yönümlü enerji iqtisadiyyatıdır deyib.
“Dövlət büdcəsinin və valyuta axınının əsas hissəsi neft-qaz sektorundan gəlir. Ona görə də enerji qiymətlərinin yüksəlməsi avtomatik olaraq ölkəyə əlavə gəlir gətirir. Neftin hər 10 dollarlıq artımı Azərbaycan büdcəsi üçün təxminən 400 milyon manat əlavə gəlir deməkdir. Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti büdcədə nəzərdə tutulan 65 dollar səviyyəsindən xeyli yüksəkdir. Bu vəziyyət Dövlət Neft Fondunun gəlirlərini artırır, valyuta ehtiyatlarını gücləndirir, manatın sabitliyini qoruyur, ən əsası, hökumətə əlavə sosial xərclər imkanı verir. Qısası, enerji ixracatçısı ölkələr qlobal böhran zamanı əlavə renta qazanırlar. Buna klassik “rentier dividend” effekti deyirik. Ancaq bu vəziyyətin təhlükəli tərəfləri də az deyil. Xammal gəlirlərinin artması hər zaman iqtisadi diversifikasiyanı zəiflədir. Azərbaycanın ixracının 80%-dən çoxu enerji sektorunun payına düşür. Bu hal iqtisadiyyatı qiymət volatilliyinə, geosiyasi şoklara, qlobal tələbin dəyişməsinə qarşı həssas saxlayır”.
İqtisadçı bildirib ki, neft bahalaşdıqca dövlət qazanır, amma iqtisadiyyatın dayanıqlılığı zəifləyir:
“Digər tərəfdən, qlobal enerji qiymətləri yüksəldikcə daşınma xərcləri artır, ərzaq qiymətləri bahalaşır, kənd təsərrüfatı maya dəyəri yüksəlir, tikinti və sənaye sektorunda xərclər artır. Bu proses isə “xərc inflyasiyası” adlanır. Yüksək inflyasiya, aşağı iqtisadi artım, zəif məşğulluğun kombinasiyası olan staqflyasiya riski yarana bilər. Bu ssenari Azərbaycan üçün xüsusilə təhlükəlidir, çünki qeyri-neft sektoru hələ kifayət qədər güclü deyil.
Əslində, ABŞ-da federal yanacaq vergisinin dayandırılması ideyası klassik antiinflyasiya müdaxiləsidir. Məqsəd istehlakçı qiymətlərini yumşaltmaq, sosial narazılığı azaltmaq, seçici təzyiqini zəiflətməkdir. Azərbaycan da öz növbəsində AI-92 benzini, dizel və bəzi idxal olunan neft məhsulları üzrə aksiz, gömrük rüsumlarını müvəqqəti azalda bilər. Bu mexanizm daşınma xərclərini yumşalda və ərzaq qiymətlərinə təzyiqi qismən zəiflədə bilər. Məlumdur ki, inflyasiyanın əsas zərbəsi aşağı gəlirli əhalinin üzərinə düşür. Həmçinin, Azərbaycan bazarında qiymət artımının bir hissəsinin həqiqi xərclə yox, bazar konsentrasiyası ilə bağlı olduğu heç kimə sirr deyil. Böhran dövründə süni qiymət artımı, ehtiyat yığılması, kartel davranışları güclənir. Buna görə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, gömrük, vergi sistemi aktiv monitorinq aparmalıdır. Əks halda qlobal şok daxildə “spekulyativ inflyasiya”ya çevrilə bilər”./globalinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq
Next: Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…”

OXŞAR MÖVZULAR

sadiq-dept

Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…”

admin 13/05/2026
taksi-b

Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq?

admin 13/05/2026
menzil bazar

Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir?

admin 13/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.