Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

admin 13/05/2026
füzuli-r-n

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəziFiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə Mətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müqavilə bağlayıb. 06.05.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 7500 AZN-dir…

Bu istiqamətdə Füzulidəki oxucularımızın ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var…Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə yuxarıda qeyd etdiyimiz kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzimüvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlayıb.

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur:Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəzininMətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Söhbət hansı ərzaq məhsullarından gedir?

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə seçilib? Və s…

   Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə bağlı…

Bu şəxslə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:

Məlum oldu ki, adam elə ötən ay Azərbaycan Tibb Universiteti ilə də 4200 AZN-lik müqavilə bağlayıb. Bu müqavilə ilə universitet qarşı tərəfdən 60 ədəd dovşan, 1500 ədəd qurbağa alacaq…

Bu hələ harasıdır, sən demə Məmmədov Cavanşir Cahangir oğlu Fiziki Şəxs olmaqla bərabər həm də, “ANTİK GROUP C” Məhdud Məsuliyyətli Cəmiyyətin Qanuni təmsilçisidir(?) Xatırladaq ki, bu MMC-nin hüquqi ünvanı AZ4900, Saatlı rayonu, Əlisultanlı kəndidir. 7 may 2025-ci ildə dövlət qeydiyyatına alınan bu MMC-nin nizamnamə kapitalı isə 10 manatdır.
Göründüyü kimi, Məmmədov Cavanşir Cahangir oğlunun adı təkrar olunan bir sıra maliyyə əməliyyatlarında şübhə doğurmaqla, müəyyən araşdırmaları da zəruri edir…

Adı müxtəlif-bir-biri ilə uymayan malların təchizatçısı kimi hallanan bu şəxslə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq da mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlət vəsaitinin belə bir şəxsə etibar edildiyinə ciddi şübhələri stimullaşdırır…

Azərbaycanda rüşvət verənlər də həbs olunurmu? - ARAŞDIRMA

              Dəxilsiz, təhdid qoxulu “cavablar”…

Biz bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru cənab Zülfüqar Əliyevə online rəsmi sorğu ünvanladıq…

Aydın və azsaylı suallarımız isə belə idi:

1. Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?

2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?

3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə qalib olub?

4. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun son birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

***
Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi…Həm də nəinki suallarımız cavabsız qaldı, bizimlə telefon danışığında hörmətli direktor “nə istəyirsiniz yazın, getsin” kimi yumşaq desək anlaşılmaz ifadələrə üstünlük verdi(?)

(Baxmayaraq ki, sorğumuzda böyük ferma və restoranların qoxusu hiss olunmurdu. Bu haqda qarşıdakı günlərdə…Red.)

Mərkəzin baş mühasibi hörmətli Hörmət Səfərov isə direktorundan da irəli gedərək, sorğumuzdakı sualları “unudub da” dəxilsiz, bir az da təhdidi qoxulu “cavablara” üstünlük verdi(?)

Dövşan, qurbağa satan bir kimsədən mətbəə və dəftərxana–təsərrüfat malları alan tərəfdən bu sayaq cavablar təəssüf doğursa da, təəccüblü olmadı…

         Hörmətlə xatırlatma…

Əvvəla, hörmətli direktora və baş mühasibə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır…

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)

PAYLAŞIN:

Continue Reading

Previous: Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?
Next: “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU

OXŞAR MÖVZULAR

neftçi-mtk-

“NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU

admin 13/05/2026
babek-660x330

Babək Babayevə qanun işləmir? – VİDEO

admin 12/05/2026
aygün-qht3

Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.