Qurban bayramına yaxınlaşdıqca bazarlarda qurbanlıq heyvanların qiymətləri yenidən gündəmə gəlir və bu məsələ vətəndaşların əsas müzakirə mövzularından birinə çevrilir. Heyvanların qiymətinə yem xərcləri, daşınma və ümumi bazar tələbi birbaşa təsir göstərir. İri və xırdabuynuzlu heyvanlar arasındakı qiymət fərqi isə alıcıların seçim imkanlarını müəyyənləşdirir.
Bəs bu il qurbanlıq heyvanların qiymətində artım, yoxsa sabitlik gözlənilir? Qiymətlərin formalaşmasında daha çox hansı faktorlar həlledici rol oynayır?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova açıqlamasında bildirib ki, hər ili əvvəlki illə müqayisə etdikdə müəyyən qədər qiymət fərqi müşahidə olunur.

Günay Hüseynova əlavə edib ki, digər səbəb kimi isə bayram günlərinin uzun olması göstərilir. Bu müddətdə bir qisim vətəndaşlar istirahətə üstünlük verir, bəziləri xaricə səyahət edir, imkanı olmayanlar isə kəndə gedərək bir heyvanı birgə şəkildə kəsib ailəvi qeyd edirlər: “İstehlakçılar artıq qiymət dəyişikliklərini daha erkən mərhələdə nəzərə alır və buna uyğun davranırlar. Xüsusilə həyət evlərində yaşayanlar bayramdan 1–2 ay əvvəl heyvan saxlayaraq həm damızlıq məqsədilə istifadə edir, həm də qiymət artımına qarşı özlərini qorumağa çalışırlar.
Ümumilikdə vəziyyəti dəyərləndirən ekspert hesab edir ki, mövcud tendensiyalar davam edərsə, növbəti 5-10 il ərzində bu bayramın əvvəlki illərlə müqayisədə müəyyən qədər zəifləməsi ehtimalı var. Onun fikrincə, insanların şəxsi təsərrüfatlara yönəlməsi və şəhər ətrafı ərazilərdə torpaq qiymətlərinin artması da bu prosesin göstəricilərindən biridir”./azpolitika.info
