Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • 1 milyona yaxın pul necə leqallaşdırılıb? – Gizli fəaliyyət göstərən QHT

1 milyona yaxın pul necə leqallaşdırılıb? – Gizli fəaliyyət göstərən QHT

admin 10/04/2025
qht-us

 

Baku TV-nin redaksiyasına ölkə ərazisində gizli fəaliyyətlər planlaşdıran və bu səbəblə də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşən, barələrində araşdırma başladılan bir sıra yerli QHT-lər və onların rəhbərləri, həmçinin bəzi xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkarlanan cinayət xarakterli qanun pozuntularına dair etibarlı mənbələrdən məlumatlar daxil olub.

Mənbənin kanala bildirdiyinə görə, fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, “xidmət müqavilələri” adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb. Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir. Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu (“East-West Management Institute (INC)”) ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib İbad oğlu Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə “Azərbaycanda şəffaflıq tərəfdaşlığı” mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə “Transparency International” təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samux rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Asəf Vahid oğlu Əhmədov ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (“FHI360”) Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, “Gender Port” MMC-də bölmə rəhbəri işləyən Nərgiz Ağarazı qızı Muxtarova ABŞ-nin “Mercy Corps” Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib.

Redaksiyaya daxil olan məlumata görə, bununla əlaqədar olaraq bu il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma”, “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan Aytac Ağazadənin Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək barəsində axtarış elan olunub.

O da məlum olub ki, adları qeyd edilən şəxslər xidmət müqaviləsi adı altında əldə etdiyi qrant vəsaitlərini maliyyələşdirdiyi təşkilatların mənafe və tapşırıqlarına uyğun şəkildə sərf ediblər. Belə ki, bu vəsait gizli və açıq formada ayrı-ayrı həssas sosial təbəqələrin “hüquq müdafiəsi” altında ictimai-siyasi sabitliyin pozulması, ölkə ərazisində qeyri-ənənəvi icmaların yaradılması və dəstəklənməsi, daxili və xarici siyasətə müdaxilə edə biləcək qüvvələrin formalaşdırılması və maliyyələşdirilməsi, Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin zəiflədilməsi məqsədləri üçün xərclənib. Bütün bu fəaliyyət isə “təlim keçmək”, “araşdırma aparmaq” xidməti kimi təqdim edilib.

Ətraflı süjetdə:

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistan İranla təlim keçirir: Tramp administrasiyasınn reaksiyası maraq doğurur…
Next: “Azərbaycanın KKTC-nin müstəqilliyini tanıya bilər” – “Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.