Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • Paşinyan Qarabağ erməniləri məsələsindən buna görə imtina etdi

Paşinyan Qarabağ erməniləri məsələsindən buna görə imtina etdi

admin 02/10/2025
elxan-ş

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elxan bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı məsələyə bir qədər həssas yanaşması nə ilə bağlıdır? AŞPA-da ona bu mövzu ilə bağlı ünvanlanan suala birmənalı cavab verməkdən imtina etdi…

– Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. O bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və bu ölkənin vətəndaşlığı ilə bağlıdır. Paşinyanın bu yanaşması böyük ehtimalla AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub. Çünki, həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, “ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir” çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla bir qrup ermənipərəst konqresmen Dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını gerçəkləşməsini tələb edirlər. Bu tələblər səslənərkən Paşinyan qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki, Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu sülh danışıqlarını, Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək. Bu Paşinyana lazım deyil. Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: “Ermənistan və Azərbaycan sadəcə olaraq, bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər”.

– Bir çoxları isə bu məsələdə Ermənistan hakimiyyətinin ehtiyatlı davranışına diqqəti çəkir. Yəni, Qərbi azərbaycanlılar faktoruna görə belə mövqedən çıxış etdiklərinə dair fikirlər səslənir…

– Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də məhz bununla bağlıdır. Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni, onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar. Sözsüz ki, Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki, onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar.

– Zəngəzur dəhlizi və ya Tramp marşrutunun açılması prosesi hansı səviyyədədir? Çünki Paşinyan dəhlizə dair Zəngəzur ifadəsindən mümkün qədər yayınmağa çalışır…

– Avqustun 8-də Vaşiqntonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh və regional kommunikasiya xəttlərinə dair bəyanat qəbul edildi. Bununla da Zəngəzurdan keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan bir ifadədən istifadə edilməyə başlanıldı. Ona görə də burada dəhlizin Zəngəzur və ya Tramp marşrutu adlanmasında heç bir problem yoxdur. Paşinyanın isə ancaq Tramp marşrutu işlətməsi öz işidir. Azərbaycan tərəfi isə hər iki addan istifadə edə bilər. Bunu bizə kimsə qadağa qoya bilməz. Maraqlısı odur ki, Paşinyan BMT-dəki çıxışında Tramp dəhlizi adından istifadənin məqbul olduğunu deyib. Amma o, Ermənistan parlamentində çıxış edərkən isə bildirdi ki, Azərbaycanda Zəngəzur adı populyardır. Ona görə də bu addan istifadə edirlər. Sadəcə olaraq, Paşinyan Zəngəzur dəhlizi terminologiyasının tək Azərvbaycanda deyil, beynəlxalq miqyasda da aktuallaşmasından narahatdır. Amma bütün hallarda bu tərəflər arasında gərginlik yaradacaq məsələ deyil. Vaxtilə biz beynəlxalq tədbirlərdə Xankəndi ifadəsini işlədəndə ermənilər də bundan narahat olurdu. Yekunda isə Xankəndi ifadəsini hamı qəbul edəsi oldu.

– Faktiki olaraq, bu gün Azərbaycan və Ermənistan yekun sülhün astanasındadır. Bu mənada 2026-cı il həlledici bir təqvim kimi tarixə düşər bilər. Bununla bağlı əsas gözləntilər nədən ibarətdir?

– Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı Paşinyanın mövqeyi aydındır. O deyir ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərində qələbə çalacağı halda yeni konstitusiyanın qəbuluna nail olacaq. Hətta ona da işarə edir ki, yeni konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasını ehtiva edən müddəalar yer almayacaq. Bunun üçün isə, Paşinyan ilk növbədə parlament seçkilərində qələbə qazanmalıdır. Hazırda onun reytinqi aşağı düşüb. Ona rəqib olanların da reytinqi yüksək deyil. Bu mənada gələn il bölgə üçün taleyüklü illərdən biri ola bilər. Yəni, Paşinyan seçkilərdə qələbə qazanıb, yeni konstitusiyanın qəbuluna nail olmaqla Azərbaycanla sülh müqaviləsini imzalaması mümkündür. Bununla da, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normalaşdıracaq, sərhədlər açılacaq, ticarət həyata keçiriləcək./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: “Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır-VİDEO
Next: Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.