Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 4
  • SON UÇUŞ – Hekayə

SON UÇUŞ – Hekayə

admin 04/10/2025
son-ucus-hekaye

 

Göy üzü şəffaf və buludsuz, günəşli bir yay səhəri idi. Balaca Zaur həyətdəki qumlu yolla qaça-qaça quşların səmaya qalxmasını seyr edirdi. Hər dəfə bir quş qanad çalanda, elə bil özü də onlarla birlikdə uçurdu; əllərini qanad kimi açıb sevinc içində dövrə vururdu.

— Ana, bax, bir gün mən də quşlar kimi uçacağam! – deyə həyəcanla anasına səslənirdi.

Pəri gülümsəyib oğlunun başını sığallayırdı:

— Qoy oğlumun qanadları göylərə çatsın, amma ayaqları həmişə bu torpağa bağlı qalsın.

Zaur torpağın hər daşına, hər çiçəyinə sevgi ilə baxardı. Xəyallarında kəndin üstündən təyyarə ilə uçaraq insanları qorumaq, doğma yurdu və xalqını təhlükədən uzaq tutmaq vardı.

Məktəbdə çox çalışqan idi. Riyaziyyat və fizika dərslərini xüsusi sevirdi. O bilirdi ki, pilot olmaq üçün güclü bilik və mükəmməl dəqiqlik lazımdır.

Müəllimi tez-tez deyirdi:

  1. Bu uşaq hələ çox uzaqlara gedəcək. Onun gözləri ancaq göy üzünü görür. O, gözlərini yumanda özünü buludların arasında hiss edir.

Zaurun xatirə dəftərindən:

“…Uşaqlıqdan göy üzü mənə sirli gəlirdi. Hər dəfə kəndimizin üstündən gurultu ilə keçən təyyarələrə baxanda ürəyim sanki qanadlanırdı.

Dostlarla həyətin ortasında kağız təyyarələr düzəldirdik. Onları havaya buraxıb yarışdırardıq. Bizim oyunlarımız axşama qədər uzanardı. Buludların arxasında gizlənən günəşə, bəzən də ulduzlara baxaraq xəyallar qurardıq. Bəzən də, səmada yolunu itirən təyyarəni xilas edərdik. Mənim ən böyük arzum isə bir gün həqiqətən qanad açıb səmalara yüksəlmək idi.

Zaman keçdi, biz böyüdük. Uşaqlıq oyunlarımız unudulsa da, içimdəki arzu sönmədi. Mənim üçün artıq yol seçilmişdi – göylərə aparan yol…

İmtahan günləri yaxınlaşanda daha çox çalışırdım. Dərslərdən sonra saatlarla kitabların arasında otururdum, amma hər dəfə qələmi stolun üstünə qoyanda pəncərədən göyə baxır, orada öz gələcəyimi görürdüm…”

Orta təhsilini başa vurduqdan sonra Zaur hərbi məktəbə qəbul olundu. Burada ilk dəfə əli əsl təyyarələrə, helikopterlərə və hərbi qırıcılara toxundu, pilot kabinəsinə oturdu. Sanki uşaqkən gördüyü yuxular gerçək olurdu.

Xatirələrdən…

“Bir gün məktəbdə müəllim bizdən soruşdu:

— Böyüyəndə kim olmaq istəyirsiniz?

Sinif yoldaşlarım bir-bir cavab verdi: həkim, müəllim, mühəndis… Növbə mənə çatanda isə tərəddüd etmədən dedim:

— Mən hərbi pilot olacağam!

Müəllim gülümsədi, sinif yoldaşlarımın bəziləri təəccüblə üzümə baxdı. Amma mənim qəlbimdə heç bir şübhə yox idi.

Uçuş məktəbinə qəbul olunduğum günü heç vaxt unutmuram. O xəbəri eşidəndə sanki qanadlarım çıxmışdı. Mən artıq xəyallarımın ilk qapısını açmışdım. Gecələr yata bilmirdim – gözlərimi yumanda sanki göy üzündə uçduğumu görürdüm. Hər səhər gün doğanda həyətə çıxıb səmaya baxır, öz-özümə pıçıldayırdım: “Mən mütləq pilot olacağam”.

Nəhayət, ilk dəfə təkbaşına uçuş günü gəldi. Kabinəyə mindiyim an bütün uşaqlıq xatirələrim gözlərimin önündə canlandı – dostlarla oynadığımız oyunlar, ulduzlu gecələr… İndi isə mən həqiqətən göyə qalxırdım.

Mühərrikin gurultusu bütün vücudumu titrətdi. Təyyarə yavaş-yavaş irəlilədi, sonra sürətləndi və… qəfil yerdən ayrıldı. Mən göydə idim! O an dünyada ən xoşbəxt insan mən idim…”

Elə həmin illərdə o, Sevda ilə tanış oldu.

Bir gün kitabxanada hərbi aviasiya haqqında kitab axtararkən qarşısında incə bir qız gördü. O da hansısa kitabı götürürdü. Gözləri toqquşdu, gülümsədilər. Sevda Zaurun əlində üstündə təyyarə şəkli olan kitabı görüb soruşdu:

  1. Sən pilot olmaq istəyirsən?

Zaur: — Elədir, artıq qərarımı vermişəm. Göylər məni çağırır…

O gündən sonra onların arasında təmiz bir məhəbbət başladı. Sevda hər dəfə Zaurun yanına gələndə soruşurdu:

— Yüksəklərə qalxanda məni unutmayacaqsan ki?

Zaur: — Mən göylərdə olanda ürəyim həmişə sənin yanında olacaq. Birlikdə uçacağıq…

Onlar gələcəkdən danışar, toylarını xəyal edər, balaca evlərinin pəncərəsindən günəşli səhərlərə boylanacaqlarını təsəvvür edərdilər.

Evləndilər, övladları oldu. Amma həyat onların arzularını başqa bir sınağa çəkdi. Otuz ildən çox işğal altında qalan torpaqlar uğrunda müharibə yenidən alovlandı.

Vətən müharibəsi başlayanda Zaur gənc pilotlara dərs deyirdi. Onlara uçuşun sirlərini öyrədir, atalıq qayğısı göstərirdi. Amma düşmən yenidən hücuma keçəndə dözə bilmədi. Könüllü olaraq döyüşə yazıldı:

— Mən sizdən yaşda böyük, təcrübədə üstünəm. İlk öncə mən getməliyəm! – dedi.

Zaur artıq təcrübəli hərbi pilot idi. Hər dəfə kabinəyə oturanda həm xalqının gücünü, həm də uşaqlıq arzularını özü ilə aparırdı. O, yalnız döyüşmürdü – həm də vətənin azadlığı üçün göylərlə danışırdı.

Son döyüşünə çıxmazdan əvvəl dostlarına dedi:

— Əgər qayıtmasam, bilin ki, göylər məni qəbul etdi. Amma torpaq da azad olacaq. – Mənim qanadlarım Vətən üçündür.

Bir payız günü, idarə etdiyi qırıcı təyyarə döyüşdən qayıdarkən düşmən tərəfindən vuruldu. O, paraşütlə özünü xilas edə bilərdi. Amma qarşıda düşmənin böyük hərbi bazası vardı. Zaur qərarını verdi – qırıcını onların üstünə yönəltdi.

Həmişə ön tərəfdə saxladığı ailə şəklinə son dəfə baxdı. Orada dörd nəfər gülümsəyirdi – ata, ana, iki övlad. Onun gözlərində yaş yox, qətiyyət vardı.

— Mənim ömrüm Vətən üçündür… – pıçıldadı.

O, döyüş təyyarəsini düşmənin bazasına çaxdı. Sağ qala bilərdi, amma son döyüşü seçdi.

Zaurun son uçuşu düşmənin ağır silahlarla dolu mövqelərinin darmadağın edilməsi ilə yadda qaldı. O, öz canını fəda edərək yüzlərlə əsgərin həyatını xilas etdi.

Sevda xəbər aldıqda gözlərindən yaş süzüldü, amma sinəsini dik tutdu:

— Mənim Zaurum göylərdədir… O, məğlub olmadı, qələbəmizi bir addım da yaxınlaşdırdı…

Nəhayət, qırx dörd gün davam edən Vətən müharibəsi qələbə ilə bitdi. Zaur və onun kimi qəhrəmanların qanı bahasına torpaqlar azad edildi.

İndi, o torpaqlara həyat qayıdır. Bir vaxtlar silah səsi eşidilən çöllərdə uşaqların gülüşləri yayılır. Qaçqınlar yurdlarına dönür. Təbiət canlanır – quşlar budaqlarda nəğmə oxuyur, arılar çiçəklərdən bal yığır…

Pilot yoldaşları bir yerdə oturanda Zauru belə xatırlayırlar:

“Zaur yalnız göyün qəhrəmanı deyildi. Bizim hamımıza atalıq qayğısı göstərirdi. Vətəni necə sevməyi bizə o öyrətdi…”

Sevda övladlarına baxıb qürurla deyir:

“Atanız Zaurun son səfəri göylərə idi, amma onun qanadları bu gün də bizim üstümüzdədir…”

Zaurun son uçuşu əslində bir son deyildi. O uçuş azadlığın, qürurun, həyatın başlanğıcı idi. Onun adı torpaqlarla, göylərlə, xalqın yaddaşı ilə birgə yaşayır.

Bəzən, bir ömür son uçuşa sığır…

P.S. Bu hekayə 44 günlük Vətən Müharibəsi Qəhrəmanı şəhid pilotumuz Zaur Nudirəliyev və onun simasında Vətən uğrunda şəhid olan bütün pilotlara həsr olunur.

   Müəllif: Leyla Fərat (Əliyeva Leyla Səməd qızı),

  yazıçı, filoloq, tərcüməçi

PAYLAŞIN:

Continue Reading

Previous: Bu il universitetə qəbul olan 102 tələbə Prezident təqaüdü alacaq
Next: “Putin izn verilən sərhədləri yoxlayır”: MKİ-nin eks şefi Avropadakı diversiyalardan danışdı

OXŞAR MÖVZULAR

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.