Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi – DGK-da nə baş verir?

Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi – DGK-da nə baş verir?

admin 01/11/2025
DGK-yeni

 

“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük  Komitəsinin (DGK) vəzifəli şəxslərindən şikayətçidir.

Müraciət edən iş adamı komitə sədrinin qəbulunda olsa və qarşılaşdığı problemlərin həlli barədə göstərişlər verilsə də, DGK-nın bəzi vəzifəli şəxslərinin məsələyə biganə və qərəzli yanaşdığını deyib.

O, Dövlət Gömrük Komitəsi Hüquqi Təminat İdarəsinin rəisi, gömrük  xidməti polkovnik-leytenantı Tural Həsənlinin rəhbəri olduğu şirkətə qarşı qərəzli münasibət bəslədiyini iddia edib:

“Xarici iqtisadi fəaliyyətlə məşğul olan direktoru olduğum “Lion Centre” MMC fəaliyyətini ölkəmizin qanunvericiliyini və hüquqi aktları rəhbər tutmaqla həyata keçirir. Lakin gömrük orqanının ayrı-ayrı vəzifəli şəxslərinin şirkətimizə qarşı xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi səbəbindən hüquqlarımızı müdafiə etmək üçün dəfələrlə müxtəlif qurumlara, o cümlədən Gömrük Komitəsinə və məhkəmələrə müraciət etmişik. Həmçinin dəfələrlə DGK-nin sədri Şahin Bağırovun qəbulunda olmuş, qarşılaşdığımız problemləri onun da diqqətinə çatdırmışam”.

R.Aslanov bildirib ki, Ş.Bağırov dəfələrlə üzləşdiyi problemlərin həlli üçün qurumun aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə göstərişlər verib:

ramil aslanov

Ramil Aslanov

“Təəssüf ki, DGK sədrinin verdiyi göstərişlərin əksəriyyəti gömrük orqanının bəzi vəzifəli şəxsləri tərəfindən icra edilmir. Bu vəzifəli şəxslərdən biri də Komitənin Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlidir. Onun timsalında rəhbərlik etdiyim şirkətə və şəxsən mənə qarşı şəxsi qərəzli münasibət açıq aşkar göz önündədir. Ümumiyyətlə, gömrük orqanlarında mənim kimi bir çox iş adamlarına qarşı qanunsuzluqlar edilir. Belə ki, iş adamlarına qarşı həyata keçirilən süründürməçiliklər onların fəaliyyətinə mane olur və nəticədə iqtisadiyyatımıza zərbə dəyir. Son olaraq şirkətimin qarşılaşdığı problemlərin həlli məqsədilə Şahin Bağırovun şəxsi göstərişi əsasında 29 oktyabr 2025-ci il tarixdə saat 10:10-da DGK-nin Katibliyinin rəisi, gömrük xidməti polkovniki Elvin Məmmədov tərəfindən qəbul olundum. Həmin qəbulda iştirak edən Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli həmişəki qeyri-obyektiv mövqeyini yenə də sərgilədi, qaldırdığımız məsələlərə hüquqi qiymət verməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər edərək bəzi gömrük orqanları vəzifəli şəxslərini müdafiə etdi, MMC-yə qarşı bəzi vəzifəli şəxslər tərəfindən süni şəkildə yaradılan problemlərə görə “Lion Centre” MMC-nin direktoru qismində məni günahlandırdı. Həmçinin təqdim etdiyim sübut və faktlara hüquqi qiymət verməyərək qəbul prosesi davam etdiyi halda, oturduğu yerdən qalxaraq oranı tərk etdi və şirkətimizin qarşılaşdığı problemlərin təxirəsalınmadan həll olunması məqsədilə Şahin Bağırovun göstərişinin icrasına bilərəkdən bilavasitə mane oldu”.

İş adamı əlavə edib ki, 01251000204009 nömrəli gömrük bəyannaməsi ilə birgə Bakı Baş Gömrük İdarəsinin Vüsal Ələkbərov adlı gömrük rəsimləşdirməsini həyata keçirən vəzifəli şəxsi tərəfindən gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə 19 may 2025-ci il tarixdə 15:51-də geri qaytarmaqla CDD2512176348 nömrəli “Gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş”də gömrük dəyərinin hesablanması üçün əsas səhf olaraq göstərilib:

“Lakin Vüsal Ələkbərov üstündən 1-3 dəqiqə sonra, yəni saat 15:53:34 yenidən bəyannaməni bəyannaməçiyə qaytarmaq qərarı verib. Səbəb kimi əlavəyə malın kodunu 4016995200XİF MN koduna sinifləşdir ifadəsini yazıb. Ancaq ən maraqlı məqam ondan ibarətdir ki, 2-3 dəqiqə öncə ayrı mövqedə olduğunu bilavasitə sistem üzərindən “skrin” edib onlara göstərdikdə və fərqli, qanunsuz, əsassız mövqeyi tərəfindən mübahisələndirdiyində mənim əsaslı iddialarıma məhəl qoyulmur və vəzifələrindən sui-istifadə edərək açıq aşkar hədə-qorxu gələrək, məni günahkar çıxardaraq, təqdim etdiyim dəlil və sübutlara məhəl qoymayaraq gömrük əməkdaşının əməllərində qanun pozuntusunun olmamasını sübut etməyə çalışırlar. Eyni zamanda, 29 sentyabr 2025-ci il tarixli M88/25 saylı məktubumuzda qeyd etdiyim 01251000346543 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan olunan malların 21 avqust 2025-ci il tarixdə gecə saat 20:00 tez-tələsik CDD252210810779 nömrəli “Gömrük dəyərinə düzəliş etməsi üçün Bildiriş”-in mənim tərəfimdən sistemdə imtina edərək, gömrük orqanı tərəfindən ləğv edilərək buraxılmağına baxmayaraq gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə malların 22 avqust 2025-ci il tarixdə saat 15:13-də buraxıldığına dair yalan informasiya daxil edildiyi və televiziyada ATV kanalı ilə etdiyim haqlı şikayətə 21 avqust 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin yenə də Hüquqi Təminat İdarəsinin əməkdaşı Vilayət Mehrəliyev tərəfindən həqiqətə uyğun olmayan, işgüzar nüfuzuma və şəxsiyyətimə xələl gətirən yalan informasiya verib. Lakin bugünki gün yenə də Dövlət Gömrük Komitəsi Aparatı rəhbərinin müavini Kənan Əsədov mənə ünvanladığı məktublarda qeyd etdiklərini tam şəkildə anlamayaraq nə yazdığını özü belə bilmir, eyni mövqedən Tural Həsənli söylədiklərinin fərqinə belə varmır, mənasız, əsassız informasiya verməyə davam edir”.

tural 1

Tural Həsənli

MMC rəhbəri bildirib ki, T.Həsənli “Lion Centre MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “Gömrük dəyərinə düzəliş edilməsi haqqında bildirişin ləğv edilməsi” tələbinin təmin olunması haqqında Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli e-2-1(112)-6899/2025 nömrəli Qərarından da apellyasiya şikayəti verərək məhkəmənin hüquqi aktını ləğv etdirməyə də çalışır:

“Məhkəmə prosesi zamanı sübut olunub ki, gömruk orqanlarında çalışan əməkdaşlar hansısa bir qərar qəbul edərkən ziddiyyətli qərarlar qəbul edirlər. Yəni gömrük orqanının bir struktur vahidinin qərarı digər bir struktur vahidin qərarı ilə üst-üstə düşmir. Bu da gömrük orqanları strukturları arasında kommunikasiyanın olmamasına dəlalət edir. Göründüyü kimi, DGK-nin idarə rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Məhərrəm oğlu Həsənli ölkəmizdə sağlam gömrükçü-sahibkar münasibətinin formalaşmasına qarşı çıxır. Əgər onun hələ Hüquqi Təminat İdarəsinin rəisi vəzifəsini icra etməyə başladığı 15 fevral 2024-cü ildən etibarən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük orqanlarına qarşı məhkəmələrə edilən şikayətlərin statistikası aparılarsa, bilavasitə görünər ki, şikayətlərin artması, eləcə də iddiaçıların məhkəmələr tərəfindən haqlı olaraq təmin olunmuş şikayətləri üzrə cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməklə xarici iqtisadi fəaliyyət iştirakçılarını öz işlərindən ayırmaqla günlərini məhkəmə orqanlarında keçirmələri, həmçinin məhkəmələrin iş yükünün artmasını təmin etmək, bununla da ölkəmizin milli  və iqtisadi suverenliyini təmin edən gömrük orqanlarını nüfuzdan salmaq onun “danılmaz xidmətləri”ndəndir”.

Qeyd edək ki, R.Aslanov bir müddətdir gömrük bəyənnamələrinin elan edilməsi və malların dəyərləndirilməsi məsələsi ilə bağlı DGK ilə problem yaşayır. Bir neçə dəfə məhkəmələr onun lehinə qərar çıxarsa da, tərəflər arasnındakı mübahisələr davam edir./globalinfo.az

 

PAYLAŞIN:

Continue Reading

Previous: Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?
Next: Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı ağır ittiham

OXŞAR MÖVZULAR

read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.