Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Varlılar üçün “vergi cənnəti” – Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

Varlılar üçün “vergi cənnəti” – Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

admin 06/11/2025
vergi-foto

 

Dünyada yəqin ki, Azərbaycandakı qədər Vergi Məcəlləsinə tez-tez və çoxsaylı dəyişikliklər edən ölkələr barmaqla sayılacaq qədər azdır. Nədə geri qalsaq da, bunda ön sıralardayıq…

Təəsüf ki, bu dəyişikliklər əksər hallarda vətəndaşın, vergi ödəyicisinin xeyrinə deyil. Digər yandan, onların sayının çoxluğu vətəndaşın, sahibkarın, mühasibin, elə vergi orqanı işçisinin özünün həyatını və işini yüngülləşdirməkdən, asanlaşdırmaqdansa, daha da çətinləşdirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, “Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik təklifini əhatə edir”.

Məlum olduğu kimi, bu dəyişikliklərə fiziki şəxslərin gəlir vergisi də daxil olmaqla, vergi güzəştlərinin ləğvi və digər məsələlər daxildir ki, onların da böyük əksəriyyəti büdcəyə daha çox vəsait toplamağa yönəlib. Bunun ölkədə aparılan iqtisadi siyasətin qüsurlu olmasının növbəti göstəricisi olduğunu bir kənara qoyaq. Sırf texniki tərəfdən belə yanaşdıqda 145(!) dəyişiklik kifayət qədər yüksək rəqəmdir. Bir dəfəyə bu qədər dəyişikliyi mənimsəmək nə sahibkar, nə mühasib, nə də vergi işçilərinin özləri üçün əlbəttə ki, asan olmayacaq. Bunları öyrənib başa çıxana qədər, az qala il bitəcək və növbəti ildə növbəti yüzlərlə dəyişiklik ediləcək. Çünki çox vaxt məhz belə olur. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın Vergi Məcəlləsi hazırda ən qalın və mürəkkəb kitablardan biridir. Hələ onu demirik ki, az qala hər il yenilənən bu məcəllənin çapına böyük miqdarda vəsait xərclənir…

Vergi orqanının rəhbəri deyib ki, layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması(?), vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Onun dediyinə görə, dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını, o cümlədən yerli avtomobil istehsalını(?) stimullaşdırmalıdır.

Əvvəlcə qeyd edək ki, sadələşdirilmiş vergi həddinin illik 200 min manatdan 400 min manatadək artırılması istisna olmaqla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına dair hər hansı dəyişiklik nəzərə çarpmır. Hansı ki, bu hədd əslində, devalvasiyalar və inflyasiya nəzərə alınmaqla ən azı 600 min manat götürülməli idi. Amma buna da şükür…

Yerli avtomobil istehsalının stimullaşdırılmasına gəlincə, vergi orqanının başçısı bir növ ondan öncə çıxış etmiş DGK sədri Şahin Bağırovun olduqca mübahisəli yanaşmasını təkrarlamış olub. Bağırov Milli Məclisdəki çıxışında elektromobillərə gömrük rüsumunun təbiqini “yerli avtomobil istehsalının stimullaşdırılması” ilə izah etmişdi. Hansı ki, Azərbaycanda nəinki elektrik avtomobili, heç elektrik çayniki də istehsal olunmur… Vergi daxilomalarının artırılması səylərinə gəlincə, hörmətli vergi orqanı yaxşı olardı ki, öz təkliflərində Azərbaycandakı varlı təbəqənin vergiyə cəlb olunması mexanizmlərini də irəli sürərdi. Əsl vergiyə cəlb ediləcək baza məhz oradadır.

Qiymətləri, rüsumları, vergiləri artırmaq, büdcəni doldurmaq üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri, milyonluq malikanələri, obyektləri, bahalı maşınları və s. sanki görmürlər. Göründüyü kimi, 1000-1500 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatmır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Əslində, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər və dünya təcrübəsi var.

Məsələn, Çində dəyəri 200.000 dollar və ya daha çox olan avtomobillər və ya dəyəri 50.000 dollar olan zərgərlik məmulatları əlavə 10% vergiyə cəlb olunur.

İspaniyada varidatı 750.000 dolları keçənlər illik vergi ödəməlidirlər. Bu vergi dərəcəsi sərvətin həcmindən asılı olaraq, 3,45%-ə qədər arta bilir.

Norveçdə xalis sərvəti 1,79 milyon dollardan çox olanlara 1,1% əlavə sərvət vergisi tətbiq olunur. İsveçrədə 327.000 ABŞ dollarından çox sərvəti olanlar 1%-ə qədər əlavə vergi ödəyir. Fransadakıların sərvətlərinin dəyəri 1,3 milyon avro və ya daha çox olduqda, 1,5%-lik vergiyə cəlb olunurlar. Bir daha qeyd edək ki, bunlar hamısı adi əmlak vergisindən əlavə vergilərdir. Yəni, bu insanlar əmlak vergisi ilə bərabər bahalı malikanələrinə, avtomobillərinə, zinət əşyalarına, yaxtalarına və s. görə vergi ödəyirlər. İtaliya, Belçika və Hollandiya da sərvət vergiləri tətbiq edilir.

İsveçrə fərdi sərvət vergisindən hər il 10 milyard avroya yaxın vəsait toplayır. Bu da ümumi vergi gəlirlərinin 4,3%-ni təşkil edir. İspaniyada bu rəqəm 3,1 milyard avro və ya ümumi gəlirin 0,6%-ni təşkil edir. Norveç isə sərvət vergisindən 2,7 milyard avro və ya vergi gəlirlərinin 1,5%-ni əldə edir.

Siyahını uzatmaq da olar. Azərbaycanda da istəsələr bu təbəqədən bəlkə də yüz milyonlarla manatlıq sərvət vergisi toplamaq olar. Yuxarıda sadalanan ölkələrdə olan həmvətənlərimiz yaxşı bilir ki, Azərbaycandakı məmur-oliqarxların malikanələri nə sayına, nə qiymətinə, nə də bər-bəzəyinə görə həmin ölkələrdəki villalardan geri qalmır. Elə həyat tərzinə, bahalı avtomobilləri, zinət əşyaları və digər sərvətlərinə görə də həmçinin. Lakin orada belələri əlavə vergilərə cəlb olunaraq, büdcəyə gəlir qatarkən, bizdə tam əksi baş verir. Bunların çoxu büdcəyə vergi ödəməkdənsə, tutduqları vəzifələrdə büdcə talamaqla məşğuldurlar. Bunu icra başçılarından tuitmuş nazir və nazir müavinlərinin həbsinə qədər yaxın tariximizdə baş verən faktlar əyani şəkildə sübut edir.

Odur ki, hörmətli vergi orqanımız bu il yəqin ki, keçdi, heç olmasa gələn il varlı təbəqənin, məmur-oliqarxların sərvət vergisinə cəlb olunması mexanizmi üzərində düşünsə, pis olmaz. Əlbəttə ki, əgər buna marağı və həvəsi olarsa… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Gələn il kütləvi ixtisarlar gözlənilir – Hökumətin qarşısında çox ciddi çağırışlar dayanır
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.