Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 29
  • Bəylər Əyyubovun vergidəki qardaşı oğlu: O da belə problem yaradırmış… – TƏFƏRRÜAT

Bəylər Əyyubovun vergidəki qardaşı oğlu: O da belə problem yaradırmış… – TƏFƏRRÜAT

admin 29/12/2025
şahin eyyub

 

Heç kəsə sirr deyil ki, Azərbaycanda özünü toxunulmaz hesab edən “oliqarx məmur”lar mövcuddur. Korrupsiyalaşmış belə məmurlar dövlət siyasətinin əsas prioriteti olan sosial ədalət prinsipinin pozulması, vətəndaşların dövlətdən narazı salınması əməllərinə yol veriblər.Prezident İlham Əliyev tərəfindən özünü qanundan üstün tutmağa və dövlətin göstərdiyi etimadan sui-istifadə etməyə cəhd edən məmurlara qarşı sərt addımların atılması bu gün də davam edir.Son günlər Bəylər Eyyubov və qohumlarının qanunsuz əməllərinə qarşı atılan addımlarla bağlı yayılan məlumatlar da belə nümunələrdəndir. Kimlərinsə vaxtilə etdiyi hansısa xidmət onlara dövlətə minnət qoymaq haqqını vermir. Azərbaycanda qanun şahdır və bunun təminatçısı birbaşa Prezident İlham Əliyevdir.

Gündəmi zəbt edən Eyyubovlar ailəsinin daha bir nümayəndəsi, hazırda 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubovun da əmisinin yüksək vəzifədə çalışmasından və nüfuzundan istifadə edərək bir sıra qanunsuz hərəkətlərə yol verdiyi iddia olunur.Bununla bağlı ölkə başçısına edilən müraciətdə olduqca ciddi ittihamlar irəli sürülür.

Belə ki,Məhərrəmova Mirvari Qəşəm qızı prezident İlham Əliyevə,birinci vitse prezident Mehriban Əliyevaya və iqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanladığı müraciətdə Şahin Eyyubovun səlahiyyətlərindən və yaxın qohumlarının adından istifadə edərək, onların ailəsinə ağlasığmaz dərəcədə vurduğu maddi və mənəvi ziyan barədə məlumat verib.

SİTAT:”Qardaşım Adıgözəlov Füzuli Qəşəm oğlu 19 aprel 1995-ci il tarixdə “Güllübulaq” adlı Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək Bakı şəhərində sahibkarlıq fəaliyyətinə başlamışdır. İşlərin daha da, genişləndirilməsi üçün MMC-nin əlli faiz təsisçi payını özündə saxlamaqla, əlli faiz təsisçi payını Türkiyə Respublikasının vətəndaşı Nurettin Cengizə satmışdır.
Təxminən 2006-cı ildə hazırda 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov əmisinin yüksək vəzifədə çalışmasından və nüfuzundan istifadə edərək hər ay ona haqq ödənilməsini tələb etmiş, əks təqdirdə qardaşımı,onun övladlarını şərləyərək həbs etdirəcəyini bildirmişdir. Qardaşım özünün və ya övladlarının həbs ediləcəyindən qorxaraq onun tələbi ilə razılaşmış, əldə olunmuş gəlirdən hər aya Şahin Eyyubova ödənişlər etmişdir.
Hətta Şahin Eyyubov qardaşım Füzulini təzyiq altında saxlamaq, MMC-nin gəlirlərinə nəzarət etmək üçün “Güllübulaq” MMC-nin hüquqi ünvanının Bakı şəhərindən Gəncə şəhərinə dəyişdirmiş, dövlət ödəniləcək pullarıda ondan alaraq mənimsəmişdir.
Daha sonra Şahin Eyyubov gələcəkdə öz çirkin niyyətlərini həyata keçirmək üçün 2017-ci ilin oktyabr ayında qardaşım Füzuliyə hədə-qorxu gələrək MMC-nin ona məxsus olan təsis payının 25 faizini anası Dilbər Eyubovanın adına məcburi olaraq keçirtmişdir.
Həmin vaxt Şahin Eyyubov rəisi olduğu 12 saylı Ərazi Vergilər İdarəsinin həmin vaxt rəisi müavini və şöbə rəisi işləyən Pərviz İsmayılov, Rəfail Məmmədov və Fərhad Quliyev adlı işçilərini Cəmiyyətdə yoxlama aparmağa göndərmiş, onların iştirakı ilə aparılmış yoxlama zamanı Şahin Eyyubov tərəfindən “Güllübulaq” MMC-dən 6 750 494 (altı milyon yeddi yüz əlli min) manat pul götürüdüyü müəyyən olunmuşdur (cədvəl əlavə olunur).
Həmçinin yoxlama zamanı 2017-ci ilin oktyabr ayına şirkətin anbarında 8.000.000 manat məbləğində mal qalığı, 60 ədəd ümumi dəyəri 5.000.000 manat dəyərində nəqliyyat vasitəsi, 10.000 kv.m sahəsi olan anbar və 5 mərtəbəli ofis binasının olduğu müəyyən edilmişdir.
Qardaşım Füzulinin şirkətdə olan payını ələ keçirdikdən sonra Şahin Eyyubov öz əmisinin adından və nüfuzundan istifadə edərək qardaşım Füzulini həbs etdirmiş, ilk öncə onun 10 il müddətinə azadlıqdan məhrum edilməsinə nail olmuş, Bakı Apellyasiya Məhkəməsində qardaşıma bəraət verilmiş, lakin yenə də, Şahin Eyyubov əmisinin adından və nüfuzundan istifadə edərək bəraət hökmünü ləğv etdirmiş və bu dəfə qardaşım Füzulinin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə nail olmuşlar. Bütün bu işlərdəŞahin Eyyubova çox təəüssüf ki, vergi orqanının əməkdaşları köməklik göstərmiş, mövcud olmayan sənədlər əsasında yalandan vergi hesablayaraq onun tutulmasına nail olmuşlar.
Şahin Eyyubov özünə, qohumlarına o qədər arxayın olmuşdur ki, qardaşımın öz vəsaiti ilə qurduğu biznesini heç kimdən və heç nədən çəkinmədən özünün şəxsən və öz işçilərinin iştirakı ilə tərtib edilmiş saxta aktlar əsasında qardaşımdan alaraq mənimsıəmişdir.

Hörmətli cənab Prezident!
Yuxarıda qeyd olunanları nəzərə alaraq 12 saylı Ərzai Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubovun qanunsuz hərəkətlərinə son qoymağınızı, qardaşımın pozulmuş hüquqlarnmın bərpa olunmasında və dəymiş ziyanın ödənilməsində bizə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.- deyə hazırda həbsxanada olan Adıgözəlov Füzulinin bacısı Məhərrəmova Mirvari ünvanladığı müraciətdə qeyd edib.

Cox təsuf ki bəzən məmurlar unudur ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Heç kim hansısa xidmətinə görə məsuliyyətdən yayına biləcəyini düşünməməlidir. Dövlətə xidmətlərini qabardanlar, bundan “toxunulmazlıq” üçün istifadə etməyə çalışanlar da bilməlidir ki, onlara Prezident İlham Əliyev tərəfindən etimad göstərilib və xidmətlərinə görə mükafatlandırılıblar. Lakin bu, onları qanundan üstün etmir. Dövlətə hansısa xidmət göstərmək qanunsuzluğu ört-basdır edə bilməz. Belə məmurların özləri haqqında “əvəzedilməz” müştəbehliyi də absurddur./dia-az.org

PAYLAŞIN:

Continue Reading

Previous: Problemli kreditlərin həcmi yenidən artdı – Çıxış yolu nədir?
Next: TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

OXŞAR MÖVZULAR

avromed-hemofiliyali-xesteler

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24/04/2026
vusalxanlar

Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

admin 22/04/2026
ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026

XƏBƏR LENTİ

  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.