Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 29
  • Gürcüstana getmək bahalaşdı – Əlavə nə qədər xərcimiz çıxacaq?

Gürcüstana getmək bahalaşdı – Əlavə nə qədər xərcimiz çıxacaq?

admin 29/12/2025
airport
Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Gürcüstana daxil olan bütün əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 min gürcü larisi (GEL) təşkil etməlidir.
 
Gürcüstanda icbari tibbi sığorta tələbinin tətbiqi ölkəmizdə geniş ictimai maraq doğurub və bir sıra suallar yaradıb.
Mövzu ilə bağlı açıqlamasında “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov bildirib ki, bu qərar ilk növbədə əlavə prosedur kimi qəbul edilsə də, beynəlxalq təcrübədə analoji hallar mövcuddur.
Bakupost.az
Deputatın sözlərinə görə, 30 min Gürcü larisi məbləğini əhatə edən sığorta polislərinin Azərbaycan daxilində əldə olunması mümkündür. Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm və sığorta şirkətləri beynəlxalq standartlara uyğun olaraq bu həddi əhatə edən yol (travel) sığortaları təqdim edə bilirlər:
“Şengen ölkələrinə giriş zamanı da səyahət sığortası tələb olunur. Bu sığortalar adətən, səfərin müddətinə uyğun olaraq beş günlük, on günlük və ya bir aylıq şəkildə tərtib edilir. Gürcüstanla bağlı tələb edilən 30 min lari məbləği də ya ümumi sığorta prinsipi, ya da qalma müddətinə uyğun risk faktorları əsasında müəyyən edilə bilər.”
Azər Allahverənov qeyd edib ki, hələlik sığortanın konkret hansı tibbi xidmətləri əhatə edəcəyi ilə bağlı yekun siyahı açıqlanmayıb. Bununla belə, söhbət əsasən, təcili tibbi yardım, səhhətində qəfil problem yaranan şəxslərə tibbi müdaxilə və oxşar hallardan gedir.
Deputatın sözlərinə görə, 30 min Gürcü larisi təqribən 19 min manat deməkdir ki, bu da kifayət qədər geniş tibbi xidmət spektrini əhatə edə biləcək məbləğdir:
“İstər dövlət, istərsə də özəl tibb müəssisələrində xidmət haqları fərqlidir. Amma 19 min manatlıq sığorta limiti Gürcüstanda kifayət qədər geniş tibbi xidmətlərin göstərilməsinə imkan yarada bilər. Bununla belə, xidmət növləri və sığorta məbləğinin hansı prinsip üzrə hesablanacağı hələ dəqiqləşdirilməyib.”
Azər Allahverənov vurğulayıb ki, bu məsələ turizm şirkətləri, sığorta qurumları və aidiyyəti dövlət orqanları arasında koordinasiyalı şəkildə həll edilməlidir. Onun fikrincə, Dövlət Turizm Agentliyi, sığorta şirkətləri və turizm şirkətləri birgə müzakirələr apararaq vətəndaşları narahat edən suallara aydınlıq gətirməlidirlər.
Deputat həmçinin bildirib ki, bəzi turizm şirkətləri artıq səfər bileti ilə yanaşı, yol sığortası şəhadətnaməsini də təqdim edirlər. Bununla yanaşı, Gürcüstan tərəfinin qəbul etdiyi sığorta şirkətlərinin siyahısı və sığorta polislərinin tanınma mexanizmi də dəqiqləşdirilməlidir:
“Bu məsələ Gürcüstan tərəfi ilə sıx koordinasiya tələb edir. Hansı sığorta şirkətlərinin polislərinin qəbul ediləcəyi, müddətlər və tibbi xidmətlərlə bağlı detallı məlumatı məhz Gürcüstan tərəfi açıqlamalıdır.”
Azər Allahverənov etiraf edib ki, qısa müddətli – üç-beş günlük səfərlər üçün əlavə sığorta xərci vətəndaşların maddi maraqlarına tam uyğun olmaya bilər. Lakin o hesab edir ki, məsələyə qlobal baxıldıqda bu qərarın əsas məqsədi risklərin azaldılmasıdır.
Deputat pandemiya dövrünü xatırladaraq bildirib ki, həmin vaxt Gürcüstana səfər edən şəxslərin tibbi problemləri həm vətəndaşlar, həm də qəbul edən ölkə üçün çətinliklər yaradırdı. Bu baxımdan sığorta mexanizmi belə hallarda prosesi daha rahat idarə etməyə imkan verir:
“Burada orta məxrəc tapılmalıdır ki, həm vətəndaşların maraqları qorunsun, həm də bu qərar cəmiyyətdə ciddi narazılıq doğurmasın. Amma istənilən halda bu, Gürcüstan hökumətinin tələbidir və həmin ölkəyə səfər etmək istəyən şəxslər bu qaydalara uyğun hərəkət etməli olacaqlar.”
Onu da qeyd edək ki, mütəxəssislərin fikrincə, 30 min gürcü larisi dəyərində təminatla 3 günlük sığortanın dəyəri orta hesabla 8–10 manat, 3–5 günlük səyahətlər üçün isə maksimum 15 manata qədər dəyişə bilər. Gürcüstana sığortasız daxil olan şəxsləri isə təqribən 180–190 manat cərimə gözləyir. Həmin cərimə ödənilmədən əcnəbilərin ölkədən çıxışına icazə verilməyəcək./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək? – Deputat
Next: Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub”? -…otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır

OXŞAR MÖVZULAR

imtahan (2)

9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama

admin 24/04/2026
ilham-serencam

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

admin 24/04/2026
bazar-b

Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ

admin 24/04/2026

XƏBƏR LENTİ

  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.