Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 29
  • Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub”? -…otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır

Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub”? -…otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır

admin 29/12/2025
ggg

 

Ağlar günə qalan bölgə mədəniyyəti…Bacaqrısız və kefiyyətsiz kadrlarla bizi hara aparırlar?

Üç cümləni ard-arda deyə bilməyən bu şəxs vəzifə öhdəliyinə aid olan məktubları belə yaza bilmir, onun-bunun üstünə atır.

Bu iddialar Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır. Yazını müəyyən düzəlişlərlə dərc edirik:

Sizə kimdən deyək, kimdən yazaq: Sözün əsl mənasında ağlar günə qalan Yevlax mədəniyyətindən. Uzun müddət başsız qalan Yevlax mədəniyyətinə 15 may 2025-ci il tarixdə yeni bir kadr təyinatı oldu. Belə ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi postuna Bərdədən Günel Cəfərova adlı bir gənc xanım gətirdilər. Bəli,məhz gətirdilər, seçilmədi, ağası, arxa-dayağı Bərdənin icra başçısı Vidadi İsayevin sayəsində onun təyinatı təmin edildi. Bir vaxtlar məhz Vidadi İsayevin xeyir-duası və dəstəyi ilə Günel Cəfərova Bərdə rayon icra hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi işləyib. Bu şöbədə özünü doğrulda bilməyən bu xanımı icra başçısı sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi təyin edib. 2016-cı ildən 2023-cü ilə qədər Bərdə icra hakimiyyətində işləyib və Vidadi İsayevin ən sevimli işçilərindən biri olub. Amma birdən nə baş veribsə, icra başçısı sevimli kadrını uzaqlaşdırmaq zorunda qalıb. Bir illik işsizlik faisləsindən sonra uzun illərdir bərdəlilərin canını boğazına yığan Vidadi İsayev yenidən sevimli kadrına dəstək verib və onu Bərdədən Yevlaxa mədəni sürügünə göndərdib. Belə ki, Günel Cəfərova gözlənilmədən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi təyin edilib (iddialara görə həmin post üçün 20 min manat ödəniş etməli olub).

Əcəba, bir sual meydana çıxır: Günel Cəfərova hansı səbəbdən evinin içindəki vəzifəsini qoyub tanınmaza-bilinməzə Yevlaxa gəlib? Perspektivli yerdən perspektivsiz yerə. Maraqlıdır, deyilmi???

Ancaq əsas komediya bu təyinadan sonra başlayıb. İlk vaxtlarda bu təyinta təəccüblə yanaşan yevlaxlıların bu gənc xanımdan əməlli-başlı gözəlintiləri olub. Düşünüblər ki, yəqin bu xanım uzun müddətdir başsız qalan Yevlax mədəniyyətini ətalətdən xilas edəcək. Deyir sən saydığını say, gör Günel Cəfərova nə sayır.

Yevlaxda fəaliyyət göstərən musiqi məktəblərindəki və kənd müəssisələrindəki mənbələrin məlumatına görə bu adam iş bilməməklə yanaşı həm də “lal”dır. Nə işlə bağlı biliyi var, nə danışıq qabiliyyəti var, nə işçilərinə hörmətlə yanaşma məsuliyyəti, nə  də işçilərindən iş tələb etmək bacarığı var. Adam 7 aydı işləməyinə baxmayaraq nə vəzifə funksiyalarını bilir, nə də öyrənməyə niyyəti var. Sadəcə otaqda oturmağı və əziyyətsiz 1000 manatdan yuxarı maaş (pensiya) almağı bilir. Maraqlıdır, o necə nümayəndədir ki, 7 ayda bir dəfə də olsun drektorlara görüş keçirməyib. Çünkü işlədiyi sahənin heç bir qolunu bilmədiyi üçün görüşdə nə danışacağını bilmir. 7 ayda rayondaxili, idarədaxili bir tədbirin təşkil olunmasında iştirak etməyib. Bir müəssisədə geniştərkibli görüş keçirməyib. Onun bu “bacarıqları”na baxanada düşünürsən ki, 7 – 8 il qabaq bu adam Bərdə İcra hakimiyyətində məsul vəzifədə necə işləyib. Bax bunun özü  də müammalıdı, həm də aydındır. Ona görə ki, “day-dayısı” Vidadi kişi buna orada rahat iş şəraiti yaradıb.

Üç cümləni ard-arda deyə bilməyən bu şəxs vəzifə öhdəliyinə aid olan məktubları belə yaza bilmir, onun-bunun üstünə atır.

Başqa bir sual yaranır: Mədəniyyət sahəsindən bixəbər olan bu xanımı bu sahəyə gətirən himayədarları, görəsən, onun bu qədər bacarıqsız olduğunu bilmirdilər? Əgər bilirdilərsə, onu niyə bu vəziyyətə salıblar? Görəsən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Zəfər adlı sektor müdiri olmasaydı, bu xanımı batdığı “bulanlıq su”dan kim çıxaracaqdı?

Artıq yevlaxlıların ağzına br söz düşüb, görəsən, kimdir bu mədəniyyətdə zəfər qanzanan adam ki, Günel xanım otağının işığı sönən kimi də elə Zəfər Hacıyevi axtarır. Çünki nümayəndə xanıma hansı işçi nə desə, nəyi soruşmaq istəsə, bir cavab alır: Qoy Zəfər müəllimə deyim, qoy Zəfər müəllimə məlumat verim,qoy Zəfər müəllimdən soruşum, sonra. Əldə etdiyimiz məlumata görə bu Zəfərin özünü “suadan çıxaran” lazımıdır. O özü nə bilir ki, Günelə də nəyisə öyrətsin. Ən yaxşı halda Zəfər ona pul yığmağın, pislik etməyin, adam güdməyin yollarını öyrədə bilər. Çünki sektor müdiri Zəfər Hacıyevin özü mədəniyyət sahəsinə qəti aidiyyatı olmayan kadrdır (atıq bütün mədəniyyət içlərinin arasında belə bir qarğış formalaşıb:Allah keçmiş rəislərin- Səxavətin və Aydının bəlasını versin ki, Zəfər kimiləri mədəniyyət bəla gətiriblər).

7 aylıq komediyanın davamı isə lap ağlamalıdır. İlinin sonuna yaxın tədbirlərin və işlərin çoxluğunu görən Günel Cəfərova astaca aradan çıxamğı da bacarıb. Görünür himayədarları və onu göz görə-görə çətin duruma salan təcrübəli qayınata ona deyib ki, çox işləyib yorulmusan çıx məzuniyyətə. Adam da etməyib tənbəllik dekabrın sonuna qədər məzuniyyət çıxıb. Onsuz da o dərəcədə fərli olmayan Yevlax mədəniyyəti indi qalıb ağzı günə.

Maraqlı məqamlardan biri də odur ki, Mərkəzi Aran Regional Mədniyyət İdarəsinin rəis əvəzi Namiq Tarıverdiyev bu vəziyyəti görmür, yoxsa usta Zəfər orada baş verənləri rəhbərlikdən gizlədir.

Ay vəzifəsindən bixəbər olan xanım, deyək ki, sənin “krışa”larının vicdanı yoxdur, bəs bir gənc kimi sən nə vaxtacan bu vəzifəni yola verəcəksən? Nə vaxtacan iş görmək lazım olanda qaçıb gizlənəcəksən? Əlini vicdanına qoy, gör aldığını maaşı haqq edirsənmi? Ümidləri sönməkdə olan mədəniyyət işçiləri hələ də ümid edir ki, gec – tez ədalət öz yerini tapacaq, bacarıqsızlar elə layiq olduğu yerlərdə oturmağa məhkum ediləcək.

Artıq vəziyyət o həddə çatıb ki, icra hakimiyəti daxil olmaqla az qala Yevlaxdakı bütün qurumlar Yevlaxın mədəniyyətinə qəribə baxırlar. Bu gün  rayonda mədəniyyət işçilərini görənlər deyirlər ki, sizə niyə yiyə çıxan yoxdur? Niyə bir vaxtlar region rayonları arasında hər zaman öz işi ilə seçilən Yevlax bugünə qalmalı idi. İxtisası mədəniyyət yaxın olan, özünün Yevlaxın tarixinin biri hissəsi sayan Vidadi kişi-Vidadi İsayev niyə Yevlax mədəniyyətinin taleyi ilə oynadı? Görəsən Yevlaxın çörəyini yeyib, suyunu içən Vidadi İsayevin canında az da olsa təəssübkeşlik yoxdur?

Musiqi məktəblərinin yolunu tanımayam, hər dəfə əzbərlədiyi 3 cümləni də kəllə-mayallaq təkrarlayan və bu məharətsizliyi ilə dillərə düşən, idarə üçün  bir qərarı müstəqil  verməyi bacarmayan bir adamı Yevlaxa göndərənlər nə düşünüblər? Yevlax rayonun adını aşağılara daşımağımı? Kim verib bu haqqı sizlərə…???

Redaksiyadan: Yazıda adı hallanan tərəflərlə əlaq saxlamaq cəhdimiz alınmadı… Əgər istəsələr, səslənən iddialarla bağlı cavab haqqını tanıyırıq.

PAYLAŞIN:

Continue Reading

Previous: Gürcüstana getmək bahalaşdı – Əlavə nə qədər xərcimiz çıxacaq?
Next: Prezident, xanımı və qızları Ağ Şəhərdə…

OXŞAR MÖVZULAR

avromed-hemofiliyali-xesteler

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24/04/2026
vusalxanlar

Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

admin 22/04/2026
ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.