Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 25
  • Trampın İranı qorxutmaq planı baş tutmur – Tehran ölüm-qalım savaşına hazırdırmı?

Trampın İranı qorxutmaq planı baş tutmur – Tehran ölüm-qalım savaşına hazırdırmı?

admin 25/02/2026
xamn-tr

 

Rəsmi Tehran Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında Cenevrədə keçirilən danışıqlara Ağ Evin tələblərini yumşalda biləcəyi ümidi ilə baxırdı. Lakin hələlik bu görüşlərdən heç nə alınmır. Trampın irəliyə sürdüyü dörd tələb isə yerinə yetirilməyib. ABŞ Prezidenti düşünmək və Vaşinqtonu qane edəcək cavab vermək üçün İrana yenidən vaxt verib.

Amerikanın irəli sürdüyü tələblər İranın nüvə layihəsini dayandırmasından və bütün uran ehtiyatının ABŞ-nin nəzərdə tutduğu üçüncü ölkəyə ötürülməsindən, ballistik raket müəssisələrinin beynəlxalq nəzarətə keçməsindən, SEPAH-ın silahsızlaşdırılmasından və İranın regiondakı vəkalət güclərinə verdiyi dəstəyi kəsməsindən ibarətdir. İran bunlarla razılaşmır və ona görə də teokratik rejim manevr etməklə bir tərəfdən axıra qədər duruş gətirəcəyi mesajını verir, digər yandan, danışıqların vacibliyini vurğulayır. Çətin vəziyyətdən çıxmaq üçün danışıqları fürsət hesab edən rejim nümayəndələri həm də yaxşı anlayırlar ki, Vaşinqtona güzəştə gedilməsi xilas yolu deyil. Çünki ABŞ İrandan faktiki tərkisliah olmağı tələb edir…

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun “Fox News” telekanalına verdiyi müsahibəsindən aydın olur ki, ABŞ Prezidenti İran ətrafına xeyli sayda dəniz hərbi qüvvəsi toplamaqla Tehranı geri addım atmağa məcbur edəcəyini düşünürmüş. Uitkoffun sözlərinə görə, Prezidenti iranlıların nüvə məsələsi üzrə danışıqlarda öz mövqelərindən geri çəkilməməsi təəccübləndirir.

O, Trampın tapşırığı barədə deyib: “Biz ora – İranla danışıqlara getməzdən əvvəl Prezident Donald Tramp mənə və Cared Kuşnerə tapşırıqlar verdi, qırmızı xətləri müəyyənləşdirdi – heç bir zənginləşdirmə olmamalıdır, biz bütün (zənginləşdirilmiş uran) materialı çıxarmalıyıq”.

Beləliklə, görürük ki, Tramp İranın uranı zənginləşdirmək planından imtina etməsini istəyir, lakin Tehran dirəniş göstərir.

Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışır. Tramp öz məqsədini belə ifadə edib: “Bu problemi diplomatiya yolu ilə həll etməyə üstünlük verirəm. Amma bir şey dəqiqdir: terrorun bir nömrəli sponsoru olan dövlətə heç vaxt nüvə silahına sahib olmağa imkan verməyəcəyəm. Buna yol vermək olmaz”. Elə bu səbəbdən də o, İrana güclü zərbələr enidrmək üçün Yaxın Şərqə qüvvə daşımaqda davam edir. Trampın “armada” adlandırdığı dəniz qüvvələri İrana zərbələr endirmək üçün bütün növ silahlarla təchiz edilib. Həmin armadaya “U.S.S Abraham Lincoln”, ”USS Gerald R.Ford” avidaşıyanı, onları müşayiət edən esmineslər, ”Tomahawk” qanadlı raketləri ilə təchiz edilmiş gəmilər daxildir.

Ümumiyyətlə, ABŞ İrana qarşı iri miqyaslı hərbi əməliyyat həyata keçirmək üçün müxtəlif təyinatlı 450 hərbi təyyarəni hazır vəziyyətdə saxlayır və bu məqsədlə Yaxın Şərqdəki bazalarla yanaşı, Avropanın da bəzi aeroprtlarına təyyarələr yerləşdirib. Sözügedən təyyarələr içərisində “F-35A LightiningII” qırıcısı, ”F-35Estrike Eagle” hücum təyyarəsi, ”A-10C Thunderbolt II”, müxtəlif modifikasiyalı “F-16”, “F-22A Raptor” qırıcısı və “EA-18G Growler” radioelektron mübarizə təyyarəsi də var.

“OSINT”( Open sourse intelligence)analitikləri bildirirlər ki, döyüşlərdə 24 ədəd “SEAD” missiyalı “F-16CJ”Wild Weasel” modifikasıyalı qırıcılar düşmənin Hava Hücumundan Müdafiə sistemlərini məhv etmək üçün nəzərdə tululub. Müharibə zamanı zərbələrin səmərəliliyini artırmaq üçün ABŞ hərbi komandanlığının “B-2 Spirit” strateji bombardmaçılarından istifadə edəcəyi istisna edilmir.

İlk baxışda ABŞ-nin regiona topladığı zərbə qüvvələri çox görünsə də, İsrail kəşfiyyatı ABŞ-nin hərbi gücünün yetərliliyinə şübhə ilə yanaşır. Onlar hesab edirlər ki, ameriakanların bu silah arsenalı cəmi 4-5 günlük yüksək intensivli bombardmana yetəcək səviyyədədir. Bunu yəqin ki, yarana biləcək hər cür gözlənilməz halları nəzərə alan ABŞ hərbi komandanlığı da hesablayıb və ola bilər ki, onlar bölgəyə əlavə qüvvələr cəlb etməyi düşünürlər.

Yeri gəlmişkən, ABŞ-nin Yaxın Şərqə yolladığı nüvə enerjisi ilə işləyən “USS Gerald Ford” aviadaşıyanı kanalizasiya sistemində meydana gələn nasazlıq üzündən təcili lövbər salmaq üçün Yunanıstana doğru yol alıb. Aviadaşıyan bir neçə gün məcburi təmirə dayanacaq.

Beləliklə, ABŞ-nin regiona böyük hərbi güc yığdığını görən İran rənhərliyi müqavimət planları üzərində işləyir. İran hərbçiləri bildiriblər ki, müharibə başlayarsa, Hörmüz boğazını bağlayacaqlar. Hörmüz boğazı dünya neft nəqliyyatının əsas arteriyası sayılır. Sözsüz ki, belə bir blokada müharibə başlayacağı təqdirdə baş tuta bilər, lakin İranın bu cür təsir imakanı vasitəsilə ABŞ-yə törədəcəyi əngəl tez bir zamanda aradan qaldırılacaq. İran rəsmiləri əlacsızcasına Rusiyanın köməyinə ümid bəsləyirlər. Lakin İranın Rusiya ilə birgə hərbi təlimlər keçirməsi hadisələrin xarkterinə heç bir təsir göstərməyəcək, çünki Rusiya aktiv formada İrana hərbi yardım edəcək gücdə deyil.

İran rəhbərliyi müharibənin qaçılmaz olduğunu dərk edir və ABŞ zərbələri zamanı ali dini rəhbərin həlakı da daxil olmaqla baş verəcək bütün ssenarilər gözdən keçirilir.

Böhranın ilk günlərində ABŞ-ni məhv edəcəklərini söyləyən İran ali dini rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yahya Rəhim Səfəvi geri çəkilməyəcəklərini bəyan edir: ”Görünən odur ki, geri dönməz ölüm-dirim savaşına daxil olmuşuq. Ya şəhid olacağıq ya da qürurla qalib gələcəyik. Lakin şəhid olmaq da qələbədir. Bizi son illərin ən böyük qarşıdurması gözləyir. Bu bizim tarixdə yeni deyil. Tarix boyunca İran suverenlik üçün böyük qiymət ödəyib. Bu, bizim taleyimizdir”

”The New York Times” qəzeti İrandakı təhlküəsizlik qurumlarındakı mənbələrə istinadla məlumat yayıb ki, Ayətullah Əli Xamenei İslam Respublikasının davamlılığını təmin etmək üçün onu Laricaniyə həvalə edib. Laricani Ali Milli Təhlükəsizlik Şurasının rəhbəridir və o, son dövrlər bir çox strateji qərarların koordinatorluğunu həyata keçirib. Xamenei Laricaninin mövqeyini gücləndirməklə öz yaxın adamlarını gələcək böhranlara hazırlayır.

Prezident Məsud Pezeşkian elə indidən bir çox mühüm məsələləri Laricani ilə müzakirə edir. Amma Laricani yüksək şiə ruhani statusuna malik deyil və buna görə də o, Xameneinin varisləri sırasında yer almır…

İrana zərbələrin vurulmasında İsrailin iştirak edəcəyini də hesabdan silmək olmaz. Belə ki, İran rəhbərləri ABŞ-nin müharibəyə başlayacağı təqdirdə onun regiondakı ən yaxın müttəfiqi İsrailə zərbə endirəcəklərini dəfələrlə dilə gətiriblər. İsrail də öz növbəsində səbirsizliklə İrandakı rejimin dağılacağını gözləyir.

Sözsüz ki, İsrail öz strategiyasını və siyasi gedişlərini ABŞ ilə məsləhətləşmələr və razılaşmalar üzərində qurur. Kənardan necə görünməsinə baxmayaraq, əslində, ABŞ nə İsrailin, nə də regionun digər ölkələrinin tərəfində dayanmır.Ona ilk növbədə öz maraqlarının təmin edilməsi lazımdır. Vaşinqton regiondakı qüvvələr nisbətinin İsrailin əleyhinə olmaması üçün Hindistanın ortaya gətirlməsini istəyir. Yəni, ABŞ İsrailin təklənməsinə qarşıdır. Bunun gələcək perspektivdə nəylə nətilənəcəyini demək çətindir, lakin Misir, Səudiyyə Ərəbistanı və Türkiyə arasında yaxınlaşmanı da unutmayaq. Beynəlxal siyasi icmalçıar irəlidə bu dövlətlər arasında hərbi ittifaqın qurulacağını ehtimal edirlər.

Əslində, İranda rejim dəyişikliyinin birmənalı şəkildə regionda sabitliyə gətirib çıxaracağını söyləmək sadəlövhlük olardı. Çünki qlobal geostrateji mübarizədə mühüm region olan Yaxın Şərqdə proseslərin gərginlik və intensivlik dinamikası həmişə böhrandan böhrana doğru irəliləyib./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub
Next: Xocalı soyqırımından 34 il ötür

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.