Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 19
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

admin 19/05/2026
qht-tedb

 

Forumlar artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib

Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib

Xatırlayırsınızsa, ötən ilin noyabrında keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu barədə ilk gündən ciddi suallar vardı.

Ən əsas problem şəffaflığın olmaması idi. Hansı ölkədən neçə nümayəndə qatılıb? Hansı QHT-lər iştirak edib? Nümayəndələrin seçim meyarı nə olub? Bunların heç biri ictimaiyyətə açıqlanmadı. Halbuki beynəlxalq əməkdaşlıq adı ilə keçirilən tədbirlərdə legitimlik və təmsilçilik əsas məsələdir.

Sonradan məlum oldu ki, forumun əsası “Ortaq Dəyərlər” İctimai Birliyinin “Türk Dünyası QHT Platformasının yaradılması” adlı layihəsindən yaranıb və bu layihəyə QHT Agentliyi tərəfindən əvvəlcə 30 min manat ayrılıb. Daha sonra isə eyni təşkilata müsabiqədənkənar qaydada əlavə 300 min manatdan çox vəsait verilib. Burada artıq ilk ciddi problem meydana çıxır: əgər layihə ilkin mərhələdə 30 min manatlıq konsepsiya idisə, sonradan hansı əsaslandırma ilə onun büdcəsi on dəfələrlə artırıldı? Hansı nəticələrə görə? Hansı qiymətləndirmə əsasında?

Daha absurd məqam isə budur ki, cəmi 5 ay sonra eyni forumun ikinci dəfə keçirilməsinə qərar verilib. Beynəlxalq təşkilatlanma praktikasında bu tip forumlar adətən illik əsasda keçirilir və hər dəfə başqa ölkə ev sahibliyi edir. Çünki məqsəd əməkdaşlıq coğrafiyasını genişləndirmək, müxtəlif tərəflərin prosesə sahibliyini təmin etməkdir. Burada isə Azərbaycan tərəfi forumu yenidən özü təşkil edir, yenə məhdud sayda iştirakçı gətirir və yenə yüz minlərlə manat xərcləyir.

Bu dəfə isə vəsait “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinə yönəldilir, yenə də müsabiqədənkənar şəkildə və yenə 300 min manatadək vəsait(?) Belə çıxır ki, forum artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib.

Ən vacib sual isə cavabsız qalır: birinci forumdan ikinci forumadək konkret nə dəyişdi? Hansı ortaq fəaliyyət planı qəbul edildi? Hansı beynəlxalq təşəbbüs ortaya çıxdı? Hansı davamlı əməkdaşlıq quruldu? Ortada görünən yeganə nəticə ardıcıl forum fotoları, pafoslu çıxışlar və şişirdilmiş PR kampaniyasıdır.

Bu mənzərə sadəcə israfçılıq və adi “tədbirçilik” deyil, sistemli şəkildə qurulmuş imitasiya sənayesini xatırladır. Kağız üzərində “Türk dünyası həmrəyliyi”, “QHT əməkdaşlığı”, “platforma quruculuğu” kimi pafoslu ifadələr dolaşdırılır. Bu xüsusda dövlət vəsaiti real vətəndaş cəmiyyəti quruculuğuna deyil, tədbir dekorasiyasına xərclənir.

Daha gülünc vəziyyət isə “Forum içində forum” modelidir. Bir günlük tədbirin daxilində əlavə üç-dörd “əməkdaşlıq forumu” təşkil edilir. Azərbaycan–Şimali Kipr, Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan forumları eyni tarixdə, eyni məkanda, eyni iştirakçılarla keçirilir. Bu artıq təşkilati xaos deyil, açıq manipulyasiya təəssüratı yaradır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il “innovativ layihələr”, “yeni yanaşmalar”, “prioritet istiqamətlər” barədə danışır. Amma nəticədə dörd fərqli təşkilat eyni mahiyyətli layihələrlə maliyyə qazanır. Sadəcə ölkələrin adı dəyişir. Bu isə iki ehtimal yaradır: ya sistem tamamilə nəzarətsizdir, ya da layihə mövzuları əvvəlcədən koordinasiya olunur.

Həmin layihələri məbləğləri ilə təqdim edirik:

1. “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi – Azərbaycan-Macarıstan QHT-lərinin I Əməkdaşlıq Forumu – 28000 manat,

2. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi – Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu – 25000 manat,

3. “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan-Qırğızıstan QHT-lərinin I Forumu – 27000 manat,

4. “Bakı Politoloqlar Klubu” İctimai Birliyi – Azərbaycan-Türkmənistan vətəndaş cəmiyyətinin təmsilçilərinin I Forumu – 25 000 manat.

Ən diqqətçəkən nümunələrdən biri Azərbaycan–Türkmənistan vətəndaş cəmiyyəti forumudur. Tədbirdə cəmi 4 xarici iştirakçı görünür. Qalanların hamısı yerli QHT nümayəndələridir. Bu necə “ikitərəfli forumdur”? Həmin şəxslər doğrudanmı Türkmənistan vətəndaş cəmiyyətini təmsil edir? Onların mandatı nədir? Hansı təşkilatları təmsil edirlər? Bu sualların heç birinə cavab verilmir.

Bütün digər forumlarda da oxşar mənzərə müşahidə olunur: eyni simalar müxtəlif tədbirlərdə dövr etdirilir, fərqli adlar altında yeni layihələr kimi təqdim olunur. Formal olaraq ayrı-ayrı tədbirlər göstərilsə də, mahiyyətcə söhbət eyni toplantının müxtəlif adlarla sənədləşdirilməsindən gedir.

Bu istiqamətdə “Yenixeberorg”a QHT-lərin forum layihələri ilə bağlı daha bir maraqlı məlumat daxil olub.
Məlumatda iddia edilir ki, QHT Agentliyi bu layihələrdə təşkilat sədrlərinin ancaq özünə 3 aylıq 1000-1500 manat maaş yazmağa icazə verib. Layihələr 16 mayda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumuna daxil edilib. Hələ müqavilələr bağlanmayıb və Ədliyyə Nazirliyi bildirişləri verməyib(?)
 Layihələrin icra planına uyğun olaraq ilk ayı hazırlıq ayı sayılsa da, artıq bu layihələr başlamadan 16 may tarixində bitib. Əgər fəaliyyət bir gündə yekunlaşıbsa, 3 aylıq idarəetmə və koordinasiya xərcləri hansı iş üçün nəzərdə tutulub? Bu açıq qanun pozuntusudur.

Azərbaycan–Macarıstan forumu ilə bağlı vəziyyət isə açıq qalıb. Macarıstandakı siyasi dəyişikliklər səbəbindən lazımi iştirak təmin olunmayıb. Buna baxmayaraq tədbir yenə də “beynəlxalq əməkdaşlıq forumu” kimi təqdim edilir. Yəni əsas məqsəd real nəticə yox, tədbirin keçirildiyini göstərməkdir.

Ən problemli məqamlardan biri də maliyyə xərclərinin şişirdilməsi ehtimalıdır. Eyni məkan, eyni iştirakçılar, eyni qida xidməti, eyni logistika müxtəlif forumların ayrıca xərcləri kimi rəsmiləşdirilir. Praktik olaraq bir tədbir bir neçə tədbir kimi sənədləşdirilir. Bu isə ciddi audit və araşdırma tələb edən məsələdir.

Vəziyyəti daha da qəribə edən məqam həmin qonaqların paralel şəkildə başqa tədbirlərə, o cümlədən Beynəlxalq Şəhərsalma Forumundakı QHT-lərə Dövlət Dəstəyi Agentliyi pavilyonuna yönləndirilməsidir. Yəni bir dəfə ölkəyə gətirilmiş iştirakçılar müxtəlif layihələrin “iştirakçısı” kimi göstərilir və müxtəlif büdcələr üzrə xərc kimi silinir. Bu artıq koordinasiyalı “tədbir iqtisadiyyatı” təsiri bağışlayır.

Bir məqamı da unutmadan qeyd etmək yerinə düşər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forum və tədbirlərin əksəriyyətinə QHT nümayəndəsi adı altında müxtəlif ali təhsil ocaqlarının tələbələri də gətirilir. Yaxın vaxtlarda həmin ali məktəblərin hansı maraqlar səbəbindən buna razılıq verdiyinə də ayrıca toxunacayıq…

Bütün bunların fonunda ən acınacaqlı nəticə isə odur ki, forumlarda ciddi və nüfuzlu xarici və beynəlxalq QHT nümayəndələri görünmür. İştirakçıların böyük hissəsi resursu və təsir imkanları zəif olan şəxslərdən ibarətdir. Yəni ortada nə real beynəlxalq şəbəkələşmə var, nə strateji əməkdaşlıq, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dayanıqlı nəticə.

Nəticədə isə dövlətə və cəmiyyətə təqdim olunan mənzərə budur: çoxlu forum, çoxlu banner, çoxlu şəkil, çoxlu çıxış və sıfıra yaxın nəticə.

Bu model artıq “QHT inkişafı” deyil. Bu, büdcə hesabına süni aktivlik istehsalıdır. Kağız üzərində beynəlxalq əməkdaşlıq görüntüsü yaradılır, reallıqda isə eyni tədbirlər fərqli adlarla dövr etdirilərək həm PR qurulur, həm də maliyyə axını təmin edilir.

Ən təhlükəli tərəf isə budur ki, bu cür imitasiya fəaliyyəti real vətəndaş cəmiyyətinin nüfuzunu da məhv edir. Çünki nəticədə ictimaiyyətdə belə təsəvvür yaranır: QHT sektoru inkişaf yox, tədbir biznesi ilə məşğuldur. Halbuki həqiqi vətəndaş cəmiyyəti nümayiş üçün yox, nəticə üçün işləməlidir.(Yenixeberorg.com)

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Next: Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir

OXŞAR MÖVZULAR

nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026
qht-forum

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri

admin 21/05/2026
ming-kollec

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

admin 18/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.