Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 1
  • “Almaniyanın izahları qəbul edilmir…” – “Bakı bu təxribatları cavabsız qoymayacaq”

“Almaniyanın izahları qəbul edilmir…” – “Bakı bu təxribatları cavabsız qoymayacaq”

admin 01/04/2025
ferhad-mem

 

“Gözlənilirdi ki, Almaniya Prezidentinin Ermənistan və Azərbaycana səfəri qalmaqallı olacaq. Ştayenmayerin regiona sülh mesajı ilə gələcəyi açıqlansa da dünən Almaniyanın dövlət təbliğatçısı “Deutsche Welle” Qarabağla bağlı Ermənistanın bütün arxaik narrativləri ilə dolu olan “sənədli film” yayınladı, Almaniya Prezidentinin səhifəsində isə separatçıların Qarabağ barəsində rəvayətləri peyda oldu. Bütün bu təxribatlar bir daha sübut edir ki, “miatsum” qalıqlarının kökünü kəsməklə bağlı Azərbaycanın mövqeyi doğrudur”.

Bunu politoloq Fərhad Məmmədov “Facebook” səhifəsində yazıb.

“2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən toqquşmalardan sonra, Avropa İttifaqı (Aİ) və ABŞ ərazi bütövlüyü prinsipini xatırladı… Ancaq söhbət Ermənistandan gedəndə bu prinsip yada düşdü”, – ekspert xatırladır.

F.Məmmədov daha sonra qeyd edib: “Onda belə fikir doğuldu ki, Ermənistan hakimiyyəti Qarabağ mövzusundan geri çəkilməlidir. Qarabağı tərk etmiş ermənilərinin məsələsi isə Blinken, Makron və Ştaynmeyerlərin simasında Qərb tərəfindən həll ediləcək. Ermənistana göndərilən Aİ missiyası ermənilərin gələcəkdə Qarabağa köçürülməsi məqsədi ilə yaradılmışdı. Ancaq Azərbaycan bu layihənin reallaşmasına imkan vermədi və onların bütün planlar pozuldu”.

Politoloq xatırladır ki, Azərbaycan Ermənistanla danışıqların hazırkı mərhələsində ATƏT Minsk Qqrupunun buraxılmasını və Ermənistan konstitusiyasına dəyişiklik edilməsini tələb edir: “Almaniyanın bu təxribatları bir daha sübut edir ki, Ermənistan-Qarabağ mövzusu, Ermənistanın ərazi iddiası həmişəlik məhv edilməlidir. Ya Ermənistan hakimiyyəti bunu edəcək, ya da Azərbaycan bunu etməli olacaq! Minsk Qrupunun ləğv edilməsi mövzusu simvolik deyil, real addımlar tələb edir. ATƏT XİN rəhbərlərinin zirvə görüşündə iştirak edən ölkələr vasitəçilik institunun ləğvinə səs verməli və Qarabağ mövzusunun birdəfəlik qapanmasına imzalarını atmalıdırlar…

Səbr və zəhmət hər şeyin öhdəsindən gələcək və Azərbaycan öz məqsədlərinə çatacaq. Azərbaycanın tələb etdiyi kimi, Almaniya da Minsk Qrupunun buraxılmasına səs verəcək. Separatizmə dəstək yolxucu infeksiyası alman siyasətçilərinin boş başlarında məhv edilməlidir”.

Steinmeyerin Azərbaycana səfəri necə olacaq?!

F.Məmmədov deyir ki, Bakı küt təxribatları cavabsız qoymayacaq və texniki səhv olduğuna dair izahlar qəbul etmir: “Əgər bu səhvdirsə, Ştayenmayerin Bakı səfərindən əvvəl aparat işçilərinin işdən qovulması da daxil bütün məsul şəxslər cəzalandırılmalıdır. Əks halda, Almaniya Prezidentinin səfəri nəinki irəliləyiş gətirməyəcək, əksinə, danışıqlar prosesinə zərbə vura bilər. Məhz buna görə də Azərbaycan danışıqlar prosesinə kənardan hər-hansı müdaxiləni müsbət qarşılamır”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “E-Polis”dən növbəti yenilik – Rüsumları daha rahat ödəmək mümkün oldu
Next: KOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.