Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 21
  • Bu həftə Ukraynada müharibə bitə bilər – Plan açıqlanır…

Bu həftə Ukraynada müharibə bitə bilər – Plan açıqlanır…

admin 21/04/2025
zelin-tramp

 

Uitkoff Putinlə görüşə gedir, Kiyevdən cavab gözlənilir…

Belə görünür ki, ABŞ administrasiyası artıq bu həftə ya Ukraynada tam atəşkəsə nail olmaq, ya da “əllərini yuyub”, bu mövzudan uzaqlaşmaq niyyətindədir. Hər halda, Donald Tramp və ətrafının verdiyi son bəyanatlar, bu həftə ərzində keçiriləcək vacib görüşlər və Qərb mətbuatının yazdıqları belə bir qənaətə gəlməyə əsas verir.

“Wall Street Journal”-ın yazdığına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bu həftə Londonda Ukrayna hökumətinin nümayəndələrinin də iştirak edəcəyi danışıqlardan sonra yenidən Rusiyaya, Putinlə görüşə gedəcək.

Londonda keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq da olacaq. Məsləhətləşmələrdən sonra Vaşinqtonun, Avropanın və Kiyevin mövqeləri üst-üstə düşərsə, Uitkoff Rusiyaya səfər edəcək.

Nəşr qeyd edir ki, Londonda keçiriləcək görüşdə ABŞ-nin təklifləri müzakirə ediləcək və “potensial variantların siyahısı”na baxılacaq.

Uitkoff son üç ay ərzində Rusiyada iki dəfə Vladimir Putinlə görüşüb. Aprelin 11-də keçirilən görüşdən sonra Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ administrasiyasının sülh yolu ilə nizamlanmaya nail olmaq üçün təzyiq alətləri var və onlardan istifadə etmək niyyətindədir. Daha sonra Tramp Rusiyanı sülhə nail olmaq üçün “hərəkət etməyə” çağırıb.

Qəzet onu da yazır ki, Birləşmiş Ştatlar Kiyevin bu həftə müharibəyə son qoymaqla bağlı ABŞ planına cavab verəcəyini gözləyir. Bu plana Ukraynanın NATO-ya üzv olmaqdan imtinası və Amerika tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması kimi məsələlər daxildir.

Qərb rəsmiləri bildiriblər ki, ABŞ-nin təklifləri Tramp administrasiyasının yüksək səviyyəli rəsmilərinin cümə axşamı Parisdə Ukrayna tərəfinə təqdim etdikləri məxfi sənəddə öz əksini tapıb. Onlar Avropa rəsmilərinə də göstərilib.

ABŞ indi Kiyevin cavabını gözləyir və bu cavabın ABŞ, Ukrayna və Avropa rəsmilərinin həftə sonunda Londonda keçiriləcək görüşündə veriləcəyi gözlənilir.

ABŞ-nin Parisdə təqdim etdiyi təkliflər bir neçə aspekti əhatə edib. Onların arasında Ukraynanın NATO-ya üzvlüyündən imtinası ilə yanaşı, Zaporojjye AES-in ətrafındakı zonanın Vaşinqtonun nəzarətinə verilməsi də var.

Eyni zamanda, Qərb rəsmilərinin fikrincə, Tramp komandasının nümayəndələrinin irəli sürdüyü təkliflər Rusiyanın bir sıra tələblərinə uyğun gəlmir. Xüsusilə, ABŞ Rusiya Federasiyasının Ukraynanın şərq hissəsindəki dörd vilayətə (söhbət Zaporojya, Xerson, Luqansk və Donetsk vilayətlərindən gedir) qanuni şəkildə nəzarət etmək hüququnu tanımır. Eyni zamanda da, Vaşinqton rus qoşunlarının bu əraziləri tərk etməsini tələb etmir. Həmçinin, ABŞ Krımın Rusiya ərazisi kimi tanınması imkanını nəzərdən keçirəcək.

Qəzet Kiyevin mövqeyilə bağlı yazır: “Tramp administrasiyasının bəzi ideyalarını qəbul etmək Kiyev üçün çətin ola bilər, çünki Ukrayna Rusiyanın onun hər hansı ərazisinə yiyələnməsini rəsmən tanımaqdan imtina edib”.

Həmçinin, nəşrin yazdığına görə, ABŞ Rusiyanın istəyinin əleyhinə olaraq, Ukrayna qoşunlarının sayını məhdudlaşdırmağı təklif etmir və Qərbin Kiyevə hərbi dəstəyini, yaxud bu ölkədə Avropa qoşunlarının yerləşdirilməsini də istisna etmir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Biz uzun bir yolun başlanğıcındayıq” – ABŞ-İran danışıqlarının üçüncü raundu başlayır
Next: Deputat Şahin Seyidzadənin gizli əməlləri üzə çıxdı – ŞOK KORRUPSİYA

OXŞAR MÖVZULAR

uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026
tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.