Skip to content
09/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 7
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026
vaş-tehr
ABŞ Prezidenti Donald Tramp İranla mümkün nüvə anlaşması ilə bağlı həm nikbin, həm də sərt mesajlar verib. Ağ Ev rəhbəri PBS telekanalına müsahibəsində bildirib ki, Çinə planlaşdırılan səfərinə qədər Tehranla müəyyən razılığın əldə olunması ehtimalı qalır və Vaşinqton diplomatik kanalları açıq saxlamaqda maraqlıdır. 
Trampın sözlərinə görə, hazırda ABŞ və Iran arasında aparılan təmasların nəticə verməsi üçün “kifayət qədər ciddi imkanlar” mövcuddur.
“Bəli, bu mümkündür. Hesab edirəm ki, prosesin müsbət yekunlaşması üçün yaxşı şanslar var. Əgər bu baş verməsə, biz  yenidən hərbi variantı nəzərdən keçirməli olacağıq”, deyə ABŞ  prezidenti bildirib.
Ağ Ev rəhbəri jurnalistlərin “danışıqların nəticəsi ilə bağlı hələ də nikbinsinizmi” sualına cavabında vurğulayıb ki, əvvəllər də İranla razılaşmanın yaxın olduğuna inanıb, lakin yekun nəticənin necə olacağını zaman göstərəcək.
Məlumata görə, Trampın Çinə səfəri mayın 14–15-nə planlaşdırılıb. Vaşinqton administrasiyası həmin səfər ərəfəsində Yaxın Şərqdə gərginliyin müəyyən qədər azaldılmasına çalışır. ABŞ rəsmiləri hesab edirlər ki, İran məsələsində mümkün diplomatik irəliləyiş regiondakı hərbi riskləri azaltmaqla yanaşı, enerji bazarlarındakı qeyri-müəyyənliyi də zəiflədə bilər.
Son aylarda ABŞ-ın Yaxın Şərqdə hərbi fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Vaşinqton xüsusilə İranın nüvə proqramı, uranın  zənginləşdirilməsi səviyyəsinin yüksəlməsi və Tehranın regiondakı silahlı qruplarla əlaqələrindən narahatlığını gizlətmir.
Xatırladaq ki, ABŞ və İran arasında münasibətlər 2018-ci ildə Tramp administrasiyasının nüvə sazişindən – Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) birtərəfli qaydada çıxmasından sonra kəskin şəkildə pisləşib. Bundan sonra Vaşinqton Tehrana qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib, İran isə nüvə proqramını sürətləndirib.
Beynəlxalq ekspertlərin fikrincə, Vaşinqton və Tehran arasında mümkün yeni anlaşma təkcə siyasi baxımdan deyil, həm də qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır.
Analitiklər hesab edirlər ki, tərəflər arasında gərginliyin azalması neft qiymətlərinə və Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər.
Trampın Çin səfəri ərəfəsində Pekin  də Tehrana siyasi dəstəyini açıq şəkildə nümayiş etdirib. Çinin xarici işlər naziri Vang Yi  Pekində iranlı həmkarı Abbas Araghchi ilə görüşü zamanı bildirib ki, Pekin İranın milli suverenliyini və təhlükəsizliyini dəstəkləyir:
“Çin İranın milli suverenliyinin və təhlükəsizliyinin qorunmasını dəstəkləyir, Tehranın diplomatik kanallar vasitəsilə siyasi həll yolu axtarmaq istəyini yüksək qiymətləndirir”.
Çinli diplomat əlavə edib ki, regionda münaqişənin yenidən alovlanması qəbuledilməzdir və tərəflərin danışıqlarda israrlı olması xüsusi əhəmiyyət daşıyır.
Abbas Əraqçinin müharibənin başlanmasından sonra Pekinə ilk səfəri məhz Çin tərəfinin dəvəti ilə baş tutub. Görüş ABŞ-İran  qarşıdurmasının dərinləşdiyi və qlobal enerji bazarları üçün  strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında gərginliyin artdığı həssas dönəmdə keçirilib. Hazırda Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəlməsi beynəlxalq enerji təchizatı ilə bağlı narahatlıqları artırır.
Van İ görüş zamanı bu məsələyə də toxunaraq bildirib ki, beynəlxalq ictimaiyyət dəniz yollarında təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunmasında maraqlıdır:
“Beynəlxalq ictimaiyyət Hörmüz boğazından təhlükəsiz və fasiləsiz keçidin təmin olunması ilə bağlı ortaq narahatlıq keçirir.  Çin ümid edir ki, tərəflər yaranmış gərgin çağırışlara operativ şəkildə cavab verəcəklər”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb
Next: Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
makr-pez

Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı?

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026
  • Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır: Region üçün istənilən məsələ rəsmi Bakının razılığı ilə reallaşmalıdır 06/05/2026
  • BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi 06/05/2026
  • Zelenski İlham Əliyevə zəng etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.