Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…”

Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…”

admin 13/05/2026
sadiq-dept

 

Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bugünkü iclasında kənd təsərrüfatı təyinatlı torpaqlarda məhsuldarlığın artırılması və hüquqi boşluqların aradan qaldırılması ilə bağlı mühüm çıxış edib.

Komitə sədri kənd təsərrüfatı dövriyyəsinə mane olan, lakin ekoloji əhəmiyyət kəsb etməyən yaşıllıqların tənzimlənməsi barədə qanun layihəsini təqdim edərək, bir sıra strateji məqamlara toxunub.

Sadiq Qurbanov bildirib ki, müasir kənd təsərrüfatı artıq ənənəvi üsullardan uzaqlaşaraq yüksək texnologiyalar üzərində qurulub. Pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi, həmçinin lazerlə torpaq hamarlanması üçün əkin sahələrinin maneəsiz olması mütləqdir:“Bir çox hallarda əkin sahələrində nizamsız şəkildə yerləşmiş kol və ya ağaclar müasir texnologiyanın tətbiqinə mane olur, məhsuldarlığı azaldır və əlavə yanacaq sərfiyyatına səbəb olur. Bizim məqsədimiz meşələri məhv etmək yox, kənd təsərrüfatı dövriyyəsinə mane olan, istehsal məqsədlərinə xidmət etməyən yaşıllıqların hüquqi statusunu tənzimləməkdir”.

Çıxışda ən diqqətçəkən məqamlardan biri regionlarda çalışan fermerlərin üzləşdiyi bürokratik və hüquqi çətinliklərlə bağlı olub. Komitə sədri bildirib ki, mövcud qanunvericilikdəki qeyri-müəyyənlik səbəbindən praktikada ciddi problemlər yaşanır: “Vətəndaşlar, xüsusilə regionlarda yaşayan fermerlər, bəzən yalnız yulğun kollarının təmizlənməsinə görə ağır cərimələrlə üzləşirlər. Bu, həm torpaqdan səmərəli istifadəyə mane olur, həm də aqrar sektorda innovasiyaların tətbiqini ləngidir. Təklif olunan layihə məhz bu cür sui-istifadə və anlaşılmazlıqların qarşısını almağa xidmət edir”.

Sadiq Qurbanov çıxışında layihənin həm də ekoloji tərəflərinə toxunaraq maraqlı rəqəmlər açıqlayıb.

O qeyd edib ki, müasir texnologiyaların tətbiqi atmosferə atılan karbon qazının miqdarını 70 faizədək azaldır: “Statistikaya görə, ənənəvi əkinçilikdə 1 hektar sahədə müvafiq əməliyyatlar zamanı orta hesabla 100 kiloqram karbon qazı buraxılır. Müasir texnologiyalarla isə bu göstərici cəmi 19.8 kiloqrama qədər enir. Deməli, aqrar islahat həm də ekoloji təmizlik deməkdir”.

Su ehtiyatlarının idarə olunmasını prioritet hesab edən S.Qurbanov, beynəlxalq təşkilatların, xüsusilə FAO-nun hesabatlarına istinad edib. Bildirilib ki, yeni sistemlərin tətbiqi su sərfiyyatını 30–50 faiz azalda bilər ki, bu da hər 1 hektar sahədə qənaət edilən su hesabına əlavə 0.33 hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi deməkdir.

Komitə sədri vurğulayıb ki, yaşıllıqların götürülməsi özbaşına deyil, yalnız aidiyyəti dövlət və bələdiyyə qurumlarının razılığı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi rəyi əsasında həyata keçiriləcək. Bu mexanizm prosesin şəffaflığını təmin edəcək.

Sonda Sadiq Qurbanov qeyd edib ki, bu layihənin qəbulu Azərbaycanın ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf strategiyasına mühüm töhfə olacaq./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq?
Next: Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama

OXŞAR MÖVZULAR

taksi-b

Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq?

admin 13/05/2026
menzil bazar

Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir?

admin 13/05/2026
benzin

Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər

admin 13/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.