Skip to content
21/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 20
  • Pşainyanı onlar devirməlidir – Kremlin gizli tapşırıq verdiyi adlar və qurumlar açıqlandı

Pşainyanı onlar devirməlidir – Kremlin gizli tapşırıq verdiyi adlar və qurumlar açıqlandı

admin 20/05/2026
pşny-pt

Vladimir Putin Rusiya idarəetmə strukturundakı müvafiq qurumları, eləcə də Ermənistandakı ruspərəst müxalif qüvvələri və Rusiya agenturasını Nikol Pşainyanı devirmək üçün tam səfərbər edib. Moldova və Macarıstandakı uğursuzluqlardan sonra Kreml öz səylərini Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinə yönəldib.

 Bunu qeyd edən “The Insider” nəşri Kremlin bu işi kimlərə, hansı strukturlara və siyasi qüvvələrə tapşırdığına dair özəl məlumatlar dərc edib.

Məlumatda deyilir ki, Moskvanın məqsədi Aİ və ABŞ ilə yaxınlaşma kursuna başlayan Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsinin qarşısını almaqdır.

Nəşrin məlumatına görə, Paşinyana qarşı informasiya kampaniyası əvvəllər Dmitri Kozakın rəhbərlik etdiyi Mədəni Əlaqələr İdarəsinin əvəzinə yaradılmış yeni Prezident yanında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsi (USPS) tərəfindən yönləndirilir. Bu quruma Rusiya Prezident Administrasiyası başçısının müavini Sergey Kiriyenkonun adamı, keçmiş nüvə alimi Vadim Titov rəhbərlik edir.

Yeri gəlmişkən, Titova bundan öncə Macarıstanda Viktor Orbanın qələbəsi üçün çalışmaq tapşırılmışdı. Lakin məlum olduğu kimi, Orban seçkidə sarsıdıcı məğlubiyyətə uğradı. Buna baxmayaraq, Titova Ermənistanda yeni şans verilib.

Nəşrin bildirdiyinə görə, Rusiya Prezident Administrasiyasında Ermənistan istiqamətinə birbaşa nəzarət edənlər Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin şöbə müdiri Valeri Çernışov və onun müavini Dmitri Avanesovdur. İkincinin soyadından erməni əsilli olduğu görünür. Onların hər ikisinin kəşfiyyat xidmətlərində təcrübəsi var (Çernışov QRU kursunda sabotajın əsaslarını tədris edib, Avanesov isə FSB İnstitutunda oxuyub).

Rusiya hökumətində Ermənistan işlərinə Baş nazirin müavini Aleksey Overçuk nəzarət edir. Rusiya Xarici İşlər Nazirliyində isə Ermənistandakı seçkilərə MDB ölkələri üzrə Dördüncü Departamentin direktoru Mixail Kaluqin cavabdehdir. Nəşr qeyd edir ki, Kaluqinin Litva və Vaşinqtondakı əvvəlki işləri kəşfiyyat fəaliyyəti və ABŞ seçkilərinə müdaxilə ilə müşayiət olunub. Bir sözlə, yüksək idarəetmə strukturlarında Ermənistandakı seçkiyə və Paşinyanın devrilməsinə cavabdeh şəxslərin dairəsi Kreml tərəfindən müəyyən edilib və göründüyü kimi, onların kimliyi də məlumdur.

Lakin siyahı bununla bitmir. Kremlə yaxın digər strukturlar da Nikol Paşinyana qarşı kampaniyada fəal iştirak edir. Bunlara Qorçakov Fondu, Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutu (xarici kəşfiyyat zabiti Vladislav Qasumyanovun rəhbərliyi ilə) və Rusiya Strateji Araşdırmalar İnstitutu (xarici kəşfiyyatın “beyin mərkəzi”) aiddir.

Təbliğat kampaniyasının ön sıralarında isə Rusiya Federasiya Şurasının sədr müavini, “Vahid Rusiya” partiyası Ali Şurasının üzvü, senator Konstantin Kosaçyov və Dumanın komitə sədrinin müavini Konstantin Zatulin var. Sonuncu həm də Rusiyanın Ermənistana göndərdiyi Rusiya vətəndaşı, milyarder Samvel Karapetyanın da daxil olduğu rus-erməni təşkilatı – “Lazarevski Klub”a rəhbərlik edir.

Nəşr qeyd edir ki, Ermənistanda “yumşaq güc”ün kurasiyası İqor Çaykanın (keçmiş baş prokurorun oğlu) rəhbərlik etdiyi “Rossotrudniçestvo”ya tapşırılıb. Bu işdə İrəvandakı “Rus Evi”-nin xüsusi vəzifələri var. Rusiya “NTV”-sinin keçmiş hərbi müxbiri Vadim Fefilovun idarə etdiyi İrəvandakı “Rus Evi”nin fəaliyyəti əsasən erməni gənclərə yönəlib və qurum onları Ermənistanın gələcəyinin yalnız Rusiya ilə bağlı olduğuna inandırmaqla məşğuldur.

“The Insider”-in digər məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin(SVR) Ermənistandakı əsas adamı Rusiyanın daimi ticarət nümayəndəsi Aleksey Mışlyavkindir. O, agentləri vasitəsilə “Saqqal” kod adı verilən Paşinyanın hər hərəkətini izləyir. FSB adından isə Paşinyanın izlənməsi Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri, general Sergey Kivaçuka tapşırılıb.

Məlumatda deyilir ki, Kreml Robert Koçaryanla yanaşı, həmçinin iki müxalifət blokunu dəstəkləyir. Biri milyarder Samvel Karapetyanın “Güclü Ermənistan”ıdır (Karapetyan çevrilişə çağırış etdiyinə görə ev dustaqlığındadır, lakin onun bloku seçkilərdə iştirak etməyə davam edir). Digəri isə “Vahid Rusiya” ilə əməkdaşlıq edən kriminal ünsür Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır. Tsarukyan əvvəllər quldurluq və zorlama maddələrilə məhkum edilib. O həmçinin, Paşinyana qarşı sui-qəsd cəhdini sifariş etməkdə şübhəli bilinir.

“The Insider” qəzetinin məlumatına görə, bütün bu layihələrin maliyyələşdirilməsi Rusiya Prezident Administrasiyasının xüsusi fondundakı vəsaitlər hesabına həyata keçirilir.

Qeyd edək ki, bu məlumatlar bir daha Kremlin Ermənistandakı seçkilərə nə dərəcədə önəm verdiyini göstərir. Belə görünür ki, Azərbaycanda və Gürcüstanda nüfuz və təsir imkanları minimuma enən Rusiya Cənubi Qafqazda qalıb möhkəmlənməyin yolunu Ermənistanda öz əlaltılarını hakimiyyətə gətirməkdə görür./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Şoyqu: Ermənistan suverenliyini Rusiyanın səyləri nəticəsində qoruyub saxladı
Next: Bakı-Tiflis qatarında biletlərin qiymətləri necə müəyyənləşdirilir?

OXŞAR MÖVZULAR

hormuz-gemi

Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə…

admin 21/05/2026
kremllll

Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma…

admin 21/05/2026
Donald-Benjamin

“Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib

admin 21/05/2026

XƏBƏR LENTİ

  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026
  • WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub 20/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.