Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 22
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…”

500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…”

admin 22/05/2026
6e4b5a08-7ffa-4dc4-8254-0b94527d2d3f_740

 

Qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən sessiyada çıxış edərkən deyib.

Nazir əlavə edib ki, müvafiq addımlar çoxmənzilli yaşayış binalarının qeydiyyatı və şəhərsalma standartlarına minimum səviyyədə cavab verən bəzi qeyri-rəsmi yaşayış məntəqələri üçün müəyyən amnistiya mexanizmlərinin tətbiqini əhatə edib.

“Eyni zamanda, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililərə sadə amnistiya tətbiqi müəyyən dövrdə sosial problemlərin həllinə kömək edə bilər, lakin uzunmüddətli perspektivdə yeni qanunsuz tikintiləri təşviq etməklə əlavə risklər yarada bilər. Bu isə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və mühüm infrastruktur zonalarına təzyiqin artmasına səbəb ola bilər”, – deyə M. Cabbarov bildirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda təxminən 400-500 min sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikilinin olduğu bildirilir. Son illər Prezidentin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı fərmanının icrası çərçivəsində 60 min 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin olunub. Bundan başqa, 413 min 423 dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşa elektron çıxarış verilib.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “AzPolitika”ya açıqlama  verib

O, bildirib ki, təbii ki, hər hansı bir qanunsuz fəaliyyətə, qanunsuz tikiliyə amnistiyanın tətbiq olunması gələcəkdə bu cür addımların atılması üçün stimul ola bilər: “Belə bir fikir, təbii ki, əsaslı fikirdir. Amma nəzərə alsaq ki, artıq Nazirlər Kabineti tərəfindən belə bir qərar qəbul olunub ki, 2023-cü ildən sonra inşa olunacaq qanunsuz tikililər kommunikasiya vasitələri ilə təmin edilməyəcək. Əgər həmin tikililər müvafiq icra qurumlarının tətbiq etdiyi qadağalara baxmayaraq inşa edilərsə, o zaman həmin tikililərdə yaşamaq üçün zəruri olan vasitələr mövcud olmayacaq. Bu da onların yalnız tikili olaraq qalmasına səbəb olacaq. Bu baxımdan, qanunsuz tikililər üçün stimul yaranmaması məqsədilə dövlət preventiv tədbirlər görüb ki, belə hallar olmasın. Nəzarətin gücləndirilməsi və müvafiq icra qurumlarına tapşırıqlar verilməsi də həmin tədbirlərin sırasındadır”.

AQC sədri qeyd edib ki, qanunsuz tikili dedikdə biz strateji ərazilərdə olmayan, kommunikasiya xətlərinin üzərində və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşməyən, lakin torpaq sənədləri yaşayış üçün nəzərdə tutulmayan, torpaq təyinatı üzərində yaşayış tikintisinin aparılmasına imkan verməyən tikililərdən danışırıq: “Yəni, burada söhbət qanunla qadağan olunmuş ərazilərdə inşa edilən tikililərdən getmir.Təbii ki, qanunla icazə verilməyən yerlərdə tikinti aparmaq olmaz və bu, inzibati məsuliyyət yaradır. Burada məsələ amnistiyanın vacib olub-olmamasıdır. Hazırda 500 mindən artıq sənədsiz ev var. Biz amnistiya deyəndə məhz həmin evləri nəzərdə tuturuq ki, onlar ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilsin deyə sənədləşdirilməsi vacibdir. Sadəcə, cənab nazir burada bu cür addımların yeni qanunsuz tikililər üçün stimul ola biləcəyindən bəhs edib. Amma təsəvvür edin ki, müxtəlif səbəblərdən, xüsusilə də 1990–2010-cu illər arasında inşa olunmuş və illərdir sakinlərin yaşadığı, kommunal xidmətlərdən istifadə edib ödəniş edən vətəndaşlara məxsus tikililərdən söhbət gedir. Həmin tikililər ölkə iqtisadiyyatının tərkib hissəsi olmalıdır”.

“Əgər həmin tikililər sənədləşərsə, o zaman onlar həm girov predmeti kimi çıxış edə bilər, həm alqı-satqı predmetinə çevrilər, həm də həmin vətəndaşlar mülkiyyət sahibi kimi dövlət büdcəsinə vergi ödəyə bilərlər. Bütün bunlar iqtisadi aktivliyin təmin olunması üçün ciddi stimul yarada bilər. Biz həmişə bu məsələdən danışanda məhz onu nəzərdə tuturuq ki, 500 mindən artıq ev hazırda sənədsizdir və əmlak reyestrinin tam formalaşması üçün həmin evlərin qeydiyyata alınması və sənədlə təmin olunması olduqca vacibdir”, – deyə o qeyd edib.

 

 

V. Orucun sözlərinə görə, burada həmin qanunsuz tikilmiş evlərin şəhərsalma prinsiplərinə uyğunluğu nəzərdən keçirilməlidir. İkincisi, yerləşdiyi ərazidə strateji obyektlər üçün hər hansı təhlükə yaradıb-yaratmadığı müəyyən olunmalıdır:“Əgər söhbət yalnız müvafiq prosedurlara əməl olunmadan inşa edilən və ya üzərində yerləşdiyi torpaq sahəsinin təyinatının yaşayış məqsədli olmamasından gedirsə, bu, o qədər də ciddi problem deyil. Məsələn, Məhəmmədi qəsəbəsində, Masazırda və digər yerlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib. Bu evlər bir-iki deyil, bütöv massivlərdən ibarətdir. Həmin torpaqların təyinatının kənd təsərrüfatından yaşayış təyinatına dəyişdirilməsi hansı problem yarada bilər? Mən düşünürəm ki, burada cənab nazir yalnız bundan sonra qanunsuz tikililərin qarşısının alınması məqsədilə bu fikri səsləndirib”.

“Qanunsuz tikili dedikdə isə təbii ki, şəhərsalma prinsiplərinə zidd olan və strateji obyektlərin yaxınlığında, ərazisində, yaxud yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən, qanunla tikintisi qadağan edilən tikililər nəzərdə tutula bilər.

Yəni burada qanunsuz tikilini iki formada təsvir edə bilərik:

– Birincisi, qanunla zidd şəkildə inşa olunmuş tikililər;

– İkincisi isə torpaq sahəsinin təyinatına uyğun olmayan, məsələn kənd təsərrüfatı torpaqlarında aparılmış yaşayış tikintiləri.

Mən düşünürəm ki, həmin bölgü aparıldıqdan sonra dövlət üçün təhlükə yaratmayan, torpaq təyinatının dəyişdirilməsi iqtisadi proseslərə müsbət təsir göstərə biləcək ərazilər müəyyənləşdirilməli və amnistiya məhz həmin istiqamətdə tətbiq olunmalıdır”, -deyə o bildirib.

V. Oruc qeyd edib ki, bir şəhərdə, bir rayonda və ümumiyyətlə bir ölkədə bu qədər qeydiyyata alınmayan və sənədsiz tikilinin olması ürəkaçan deyil: “Nəzərə alsaq ki, hazırda şəhərsalma və memarlıq forumları keçirilir və ölkəmizə diqqət artıb, yeni urbanistik həllər müzakirə olunur, bu vəziyyət bizi daha da diqqətli olmağa vadar edir. Məhz buna görə ölkəmizdə sənədsiz və əmlak reyestrində qeydiyyatda olmayan tikililərin mərhələli şəkildə sənədləşdirilməsi təmin edilməlidir. Yüz minlərlə sənədsiz daşınmaz əmlak mövcuddur və onları ya sökmək, ya da sənədləşdirmək lazımdır. Bu, dövlətin və cəmiyyətin qarşısında duran əsas problemlərdən biridir. Preventiv tədbirlərin görülməsi məhz gələcəkdə qanunsuz tikililərin qarşısını almaq məqsədi daşıyır. Bu isə heç də 500 mindən çox vətəndaşın mülkiyyət sənədi gözləyən evlərinin sənədləşdirilməsinin mümkünsüz olduğu anlamına gəlmir. Həmin evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir.

Azərbaycan Prezidenti tərəfindən bu barədə müvafiq göstərişlər verilib. İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti də bu istiqamətdə müəyyən addımlar atır. Sadəcə bundan sonra belə halların təkrarlanmaması üçün ciddi nəzarət və şəhərsalma prinsiplərinin tətbiqi ilə bağlı qəti mövqe ortaya qoyulmalıdır. Nazir də məhz bunu nəzərdə tutur”.

PAYLAŞIN:

Continue Reading

Previous: Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər
Next: Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran

OXŞAR MÖVZULAR

trend_anar_quliyev_1

Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev

admin 22/05/2026
n3C4ZmMGQJxX5RYgC6gV4ySobiBiVSCfQ2zSqTsd_1200

Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır

admin 22/05/2026
qızıl-sep

Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı

admin 22/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.