Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 11
  • “Embawood” MMC keyfiyyətsiz mebellərini daha çox kimlərə satır

“Embawood” MMC keyfiyyətsiz mebellərini daha çox kimlərə satır

admin 11/04/2025
EMBAWOD

 

“Ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar “Embawood” MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.”

Bunlar bu günlərdə “Embawood” MMC-nin fəaliyyəti ilə bağlı elektron mediada yayılmış məlumatlardandı. Məlumatlarda həmçinin qeyd edilir ki, “sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox hallarda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitirindəkindən qat-qat aşağı, materialları fərqli olur.”

Bunlar vətəndaşların “Embawood” mebellərindən olan narazılıqlarıdır. Buna baxmayaraq sözügedən şirkətin paytaxt daxil ölkənin hər yerində böyük mebel mağazaları fəaliyyət göstərir. “Embawood” MMC həm də bir çox dövlət qurumlarına da mebel satır. Aktualinfo.org dövlət satınalmalarının internet portalı üzərindən “Embawood” MMC-nin son illər hansı dövlət qurumları ilə işbirliyində olduğunu araşdırıb.

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsi üçün ofis mebellərinin satın alınması üzrə 87.799,08 manat məbləğində müqavilə bağlanılması 09.04.2025-ci ildə dərc edib.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən bərk invertarın alınması üzrə 119.240,18 manat məbləğində müqavilə bağlanılması 14.02.2025-ci ildə dərc edib.

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrə mebel və digər inventarların satınalınması üzrə 88.914,18  manat məbləğində müqavilə bağlanılması 29.12.2024-cü ildə dərc edib.

İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsi tərəfindən mebel avadanlığının satın alınması üzrə 29.972 manat məbləğində müqavilə bağlanılması 29.12.2024-cü ildə dərc edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən mebel və inventarların satın alınması üzrə 106.858,44  manat məbləğində müqavilə bağlanılması 28.12.2024-cü ildə dərc edib.

Gəncə Apellyasiya Məhkəməsi tərəfindən inventarlarin satın alınması üzrə 2.998,38  manat məbləğində müqavilə bağlanılması 16.12.2024-cü ildə dərc edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən bir sıra “ASAN xidmət” mərkəzlərində tikili və avadanlıqların cari təmiri işlərinin satınalınması üzrə 1.184.586,45 manat məbləğində müqavilə bağlanılması 04.11.2024-cü ildə dərc edib.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsi tərəfindən ofis mebellərinin satın alınması üzrə  148.749,62 manat məbləğində müqavilə bağlanılması 06.09.2024-cü ildə dərc edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ebel avadanlıqlarının satın alınması üzrə 164.089,62 manat məbləğində müqavilə bağlanılması 22.07.2024-cü ildə dərc edib.

Göründüyü kimi “Embawood” MMC yalnız 2024-cü ildə dövlət qurumları ilə 1 934 205 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron mediada yayılan məlumatlarda qeyd olunur ki, “Embawood” MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. “Embawood” həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb.

Burada ortaya suallar çıxır. Sertifikatının müddəti bitmiş şirkət dövlət satınalmalarında necə iştirak edə bilir? Bu serifikatlar şirkətin istehsal etdiyi malların keyfiyyətinə zəmanət üçün verilir. Amma Göründüyü kimi, Ədliyyə Nazirliyi də, Dövlət Vergi Xidməti də, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti də, Gəncə şəhər Birləşmiş Xəstəxanası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də MMC-nin sertifikatlarına sadəcə göz yumub. Bu isə çox güman ki, “Embawood”un sahibinin geniş əlaqələri və nüfuzu ilə bağlıdır.

Qeyd edək ki, rəsmi olaraq, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMBAWOOD”  (VÖEN: 6400009481) Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.05.2002-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 3750.00 manat olanMMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, B.BAĞIROVA, ev 15A, QAPI 1, qanuni təmsilçisi kimi isə Abbasov Elşad İnşalla oğlu qeyd olunub.

Reyestr məlumatlarına edilmiş dəyişikliklərdə MMC-nin ilk hüquqi ünvanı MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, ŞƏHRYAR, ev 2 göstərilib.  2.18.2009-cu ildən 05.27.2010-cu ilə qədər MMC-yə qanuni təmsilçisi Məmmədov Məşhur Şahbaz oğlu olub. Qeyd edək ki, Məmmədov Məşhur Şahbaz oğlu 70 saylı Masallı şəhər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçilmişdir.

 

Aktualinfo.org 

PAYLAŞIN:

Continue Reading

Previous: Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
Next: QHT Agentliyindən qrantları deputatlar və hökumət nümayəndələri necə udurlar? – RƏZALƏT (FOTOLAR)

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.